Slimfit
  1. CƏMİYYƏT

Heydər Əliyev Fondu Mirmahmud Mirəlioğlunun müalicəsini öz üzərinə götürüb

Heydər Əliyev Fondu Mirmahmud Mirəlioğlunun müalicəsini öz üzərinə götürüb
Sakura

Heydər Əliyev Fondu Mirmahmud Mirəlioğlunun müalicəsini öz üzərinə götürüb

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Ens.az Report.az-a istinadən xəbər verir ki,  partiya sədrinin müalicə xərclərini Fond qarşılayacaq.

M.Mirəlioğlu "Report"a açıqlamasında məlumatı təsdiqləyib:

"Sağ olsunlar, Heydər Əliyev Fondu bizim müalicəmizi öz üzərinə götürüb".

O bildirib ki, TƏBİB tərəfindən xüsusi labaratoriya vasitəsilə evdə yenidən yoxlamalardan keçəcəklər.

Partiya sədri ona xəstəxanaya yerləşdirilməklə bağlı təklif olduğunu, lakin evdə qalaraq müalicə olunmağa üstünlük verdiyini əlavə edib.

Qeyd edək ki, M.Mirəlioğlu və ailə üzvləri koronavirusa yoluxub. Hazırda o, ev şəraitində müalicə alır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR