Slimfit
  1. İQTİSADİYYAT

Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın "5 ulduz"lu 9 hava limanı siyahısındadır

Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın "5 ulduz"lu 9 hava limanı siyahısındadır
Sakura

Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın "5 ulduz"lu 9 hava limanı siyahısındadır

Bakının Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın "5 ulduz"lu 9 hava limanı siyahısındadır.

Report” xəbər verir ki, bunu Böyük Britaniyanın müxtəlif aviaşirkətlər və aeroportlar tərəfindən göstərilən xidmətin keyfiyyətini öyrənmək üzrə ixtisaslaşan nüfuzlu özəl konsaltinq şirkəti "Skytrax" "5 ulduz"lu hava limanlarının reytinqi göstərir.

Reytinqə Yaponiya, Honkonq, Sinqapur, Cənubi Koreya, Almaniya, Qətər, Çin və Azərbaycan aeroportları daxildir.

Reytinqdə Heydər Əliyev Beynəlxalq Aeroportunun baza aviaşirkəti kimi "Azerbaijan Airlines" (AZAL) göstərilib. Hava limanının sərnişin axını 2017-ci ildə 4,1 milyon nəfər təşkil edib.

Siyahıda yer alan digər hava limanları isə bunlardır:

Haneda aeroportu (Tokio, Yaponiya. Baza aviaşirkəti "Japan Airlines" və "All Nippon Airways"dir, sərnişin axını 85,409 mln. nəfər).

Honkonq aeroportu (Honkonq. Baza aviaşirkəti: "Cathay Pacific", sərnişin axını 72,7 mln)

Çanqi aeroportu (Sinqapur. Baza aviaşirkəti: "Singapore Airlines", 6,2 mln. sərnişin)

İnçhon aeroportu (Seul, Cənubi Koreya. Baza aviaşirkəti: "Korean Air", "Asiana Airlines", 62,2 mln. sərnişin)

Frans-İozef Ştraus aeroportu (Münhen, Almaniya. Baza aviaşirkəti: "Lufthansa", 44,6 mln. sərnişin)

Hamad aeroportu (Doha, Qətər. Baza aviaşirkəti: "Qatar Airways", 35,3 mln. sərnişin)

Meilan aeroportu (Haikou, Çin. Baza aviaşirkəti: "Hainan Airlines", 22,6 mln. sərnişin)

Tübu aeroportu (Tokoname, Yaponiya. Baza aviaşirkəti: "Japan Airlines", 11,5 mln. sərnişin)

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR