Dərc edildi: Baxış sayı: 573
Həyatımızı qısaldan, xərçəngə səbəb olan məhsul
Kaliforniya Universitetinin (ABŞ) alimləri araşdırmalar zamanı aşkar ediblər ki, şəkərdən sui-istifadə xərçəng xəstəliklərinə səbəb ola bilər.
Saglamolun.az Independent-ə istinadla xəbər verir ki, alimlərin fikrinə görə şəkərin çoxlu miqdarda istehlakı 3 xərçəng növünün (süd vəzi, uşaqlıq və yoğun bağırsaq xərçəngi) inkişafına səbəb ola bilər.
Alimlər sübut edir ki, xərçəng hüceyrələrinin böyüməsi üçün çoxlu miqdarda qlükoza lazımdır. Qlükoza orqanizmə nə qədər çox miqdarda daxil olursa, xərçəngin inkişafı riski də bir o qədər artmır.
Bundan əvvəl aparılmış araşdırmalar sübut edib ki, şəkərin çoxlu miqdarda qəbulu ürək-damar sistemi xəstəlikləri, hipertoniya, qaraciyər piylənməsi kimi xəstəliklərinin inkişafına səbəb olur və həmçinin insanın həyatını qısaldır.
Bütün bunları nəzərə alaraq mütəxəssislər qidalanmada şəkəri minimuma çatdırmağı tövsiyə edirlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət