Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Həyat nəfəslə başlanır

Həyat nəfəslə başlanır
Sakura

Həyat nəfəslə başlanır

Son vaxtlar gündəlik həyatımızda allergenlərlə təmas xeyli artıb. İstər qida məhsullarında, istərsə də havada, sintetik materiallardan hazırlanmış geyimlərdə və kosmetik vasitələrdə allergiyaya səbəb olan birləşmələrin çoxalması allergik xəstəliklərinin də geniş yayılmasına səbəb olur.

Bu barədə AZƏRTAC-a Uşaq Bərpa Mərkəzinin həkim-allerqoloqu Pərvanə Hüseynova məlumat verib.

Həkim deyib: “Bronxial astma yuxarı tənəffüs orqanlarının spazmı ilə özünü büruzə verir. Astmanın patogenezində əsas rol oynayan mexanizmlər-bronxospazm, selikli qişasının hipersekresiyası və ödəmidir. Boğulma tutmalarına səbəb olan faktorlar atopik və qeyri-atopik qrupa bölünür. Atopik, yəni allergik agentlərə-toz, qida, bitki tozcuqları və heyvan tükü, qeyri-atopik faktorlara virus, bakteriya və göbələk, mexaniki və kimyəvi qıcıqlandırıcılara tüstü, metal, pambıq tozları, qələvi və turşu buxarları, fiziki və iqlim dəyişikliyi, havanın rütubətliliyi, əsəb gərginliyi və stress kimi amillər aid edilir.

Ona görə son illərə qədər bronxial astma tənəffüs yollarının iltihabi-allergik xəstəliyi kimi araşdırılıb. Sonra xəstəliyin patogenezində aspirin mexanizmi adlı fenomen aşkar edilib. Asetilsalisil turşusu və ona oxşar preparatların qəbulu nəticəsində hüceyrə membranında araxidon turşusunun metabolizmi pozulur, bronxokonstruktiv təsirə malik bioloji aktiv maddələr-leykotrien və prostaqlandinlər ifraz olunur”.

Astma zamanı xəstədə ekspirator təngnəfəslik, quru və yaş öskürək, ağciyərlərdə fitverici xışıltılar, məcburi oturaq vəziyyət baş verir, - deyən həkim bildirib: “Bəzən yanaşı olaraq asqırma, burun tutulması, burundan selik ifrazı, dəri səpgiləri kimi allergik əlamətlər də müşahidə oluna bilər. Xəstənin vəziyyəti qıcıqlandırıcı faktorlardan asılı olmayaraq ilboyu və ya mövsümə uyğun olaraq dəyişir. Bitki tozcuqlarına həssaslığın üstünlüyü ilə müşahidə olunan astmada əsasən yaz və payız aylarında kəskinləşmə baş verir. Rütubətin çoxluğu da tutmaları sürətləndirir. Xəstəliyin kəskinləşdiyi dövr təxminən sentyabr-oktyabr aylarından başlayaraq dekabra qədər davam edir.

Differensial diaqnostika üçün döş qəfəsi orqanlarının rentgen müayinəsi, həmçinin flüoroqrafiya, spirometriya və ya pikflometriya, qanda total və ya spesifik immunoqlobulin E, eozinofillərin təyini və bəlğəmin bakterioloji müayinəsi vacibdir. Xəstəliyə nəzarət etmək üçün bazis terapiyası da aparılmalıdır. Yanaşı olaraq həkim məsləhəti ilə fitoterapevtik, airoterapevtik üsullar, xüsusən də spazmolotik və bəlğəmgətirici təsirli çay və immunostimulyator kimi exinasiya və şirin biyan kökündən dəmlənilmiş çaylardan istifadə etmək olar”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR