Slimfit
  1. PSİXOLOGİYA

Həssas insana xoşbəxtlik üçün nə lazımdır: 10 şərt

Həssas insana xoşbəxtlik üçün nə lazımdır: 10 şərt
Sakura

Həssas insana xoşbəxtlik üçün nə lazımdır: 10 şərt

Biz xarici dünyadan gələn informasiyanı həddindən artıq intensiv qəbul etdikdə, bu bizim əsas ehtiyaclarımıza təsir göstərir. Yazıçı Cen Qranneman yüksək həssaslığa malik insanın hansı əşyalar olmadan yaşaması çətin olduğu əşyaları xatırladır.

“Uşaqlıqda mən çox həssas uşaq idim, - Cen Qranneman danışır. - Mənim ən ilkin xatirələrimdən biri - bu televizorda gördüyüm hansısa kədərli xəbərdən yaranmış güclü isterika idi. Məsələnin nədən ibarət olduğunu artıq bilmirəm, amma qulaqlarımı tutub çarpayıya necə qaçdığım yadımdadır və orada elə “hər şey yaxşı olacaq” ruhunda mahnı bəstələdim. Mən televizorun səsini batırmaq üçün onu bacardığım qədər ucadan oxuyurdum ki, nəhayət anam otağa daxil oldu. O məni belə həyəcanlı vəziyyətdə aşkar etdiyi üçün sarsılmışdı. Sonra mən öyrəndim ki, belə güclü reaksiya - yüksək həssaslığa malik insanların xüsusiyyətlərindən biridir. Onda nəhayət ki, hər şey aydın oldu”.

Yüksək həssaslığa malik insanlar informasiyanı xüsusilə dərindən mənimsəyirlər və nəticədə dünyanı başqalarından fərqli qəbul edirlər. Zorakılıq səhnəsi və ya nakam sevgi hekayəsi onlar üçün dözülməz ola bilər. Qəfil yüksək səs-küy, parlaq işıq və gərgin iş qrafiki - bütün bunlar belə insanları tarazlıqdan çıxarmağa qadirdir.

Cen Qranneman yazıçı oldu və internetdə forum yaratdı. Bu insanların xüsusiyyətlərini öyrənərkən o aşkar etdi ki, həssas insanlara xoşbəxt olmaq üçün bir neçə şey lazımdır. Təbii ki, detallar fərqlənir, çünki hər kəs individualdır.

1 Daha yavaş və sadə həyat ritmi 

Onlar başqalarından daha yavaş hərəkət edirlər və ümumiyyətlə fəaliyyət göstərirlər. Onlara qərar vermək və müəyyən tapşırıqları həll etmək üçün daha çox vaxt tələb olunur (məs.: səhər hazırlaşmaq və evdən çıxmaq). Yaxud mağazalarda məhsulların seçimi, orada onlara xarici görünüşü, yararlılıq müddətini yoxlamaq və qida maddələrinin siyahısı ilə tanış olmaq vacibdir.

Onlar əriştəli toyuq supunun necə göründüyü barədə düşünə bilərlər, sonra isə qəfil toyuqların inkubatorlarda necə saxlandığını, sonra isə onları necə öldürdüklərini təsəvvür edə bilərlər. Sonra isə onlara bu reallığı qəbul edə biləcəkləri barədə düşünmək üçün əlavə bir neçə dəqiqə də lazım olacaq. Bütün bunlar vaxt tələb edir.

2 Gərgin gündən sonra sakitləşmək üçün sakit yer 

Həssas insanlar uzun müddətli (bir neçə saat) fiziki və ya zehni aktivliyə çətinliklə dözürlər. Onların yüksək həssas sinir sistemləri böyük həcmdə informasiyanı udur və çox dəqiqliklə emal edir. Nəticədə iş gününün sonunda onlar özlərini tamamilə yorğun hiss edirlər.

Onlara hardasa dincəlmək və sinir həyəcanını aradan qaldırmaq lazımdır. Bərpa üçün optimal olaraq parkda gəzinti və ya az işıqlı və sevimli əşyalarla (kitab, musiqi, rahat yastıq və s.) sakit, gözəl bəzədilmiş məkanda istirahət uyğundur.

3 Duyğunları açıq ifadə etmək və ağlamağa icazə 

Həssas insanlar təkcə ətraf mühitin siqnallarını qarşı kəskin qəbul etmirlər, həm də emosional olaraq həssasdırlar. Həkim Eleyn Eyron kimi bu psixoloji tipin ilk tədqiqatçıların sözlərinə görə, həssas insanlar hiss etdiklərini gizlədə bilmirlər. Onlar başqalarından daha çox ağlayırlar, hər zaman özlərini qəzəbini və ya sevincini göstərirlər. Ətrafdakıların buna imkan vermələri və bunu dəyərləndirməsi vacibdir.

4 Dəyişikliklərə uyğunlaşmaq vaxtıdır. 

Dəyişikliklər hər birimizi narahat edir, amma çox həssas insanlar üçün bu xüsusilə güclü stress mənbəyidir. Yeni münasibətlərin başlanğıcı və ya daha yaxşı evə köçmək kimi pozitiv dəyişikliklər belə onları ifrat sarsıdır və adaptasiya üçün əlavə müddət tələb edir.

5 Yaxın, dəyərli münasibətlər 

Onlar üçün dərin mənadan məhrum olan münasibətlərdə darıxdırıcı və ya narahat ola bilər. Buna görə də həssas insanlar bir qayda olaraq öz həyatlarına kimi buraxacaqlarında seçim edirlər. Səthi əlaqələr onları qane etmir.  Onlar tam ruhi əlaqəyə cəhd edirlər. Onlara bunu verin.

6 Münaqişələrin yumşaq, sağlam idarə edilməsi üsulu 

Münaqişələrər heç kimə xoş deyil, amma həssas insanları onlar elə qorxudur ki, onlar münasibətləri daxilində aydınlaşdırmağa üstünlük verirlər. Onlar başqa insanları incitməyə nifrət edirlər, çünki öz təcrübələrindən bunun nə dərəcədə dəhşətli olduğunu bilirlər.

Həssas insanlar bir qayda olaraq yüksək empatiya səviyyəsi və münaqişələrdən qaçmaq bacarığına malikdir - bu da başqalarının qayğısına qalmağın üsullardan biridir. Təəssüf ki, bu o deməkdir ki, həssas insanlar çox vaxt öz tələbatlarını gizlədirlər və sadəcə “axın üzrə üzürlər”. Onlara qışqırıq və qalmaqalı istisna edən fikir ayrılıqlarını həll etməyin sağlam üsulu lazımdır.

7 Sağlam qidalanma və kifayət qədər yuxu. 

Yuxu çatışmazlığı istənilən insanı şıltaq və həyəcanlı edir. Amma bu yüksək həssaslığa malik insanlar üçün dözülməzdir. Aclıq da eyni: o hər kəsi özündən çıxarır. Nəticə - konsentrasiyanın itirilməsi, pis əhval, gün itkisi. Müntəzəm qidalanma və tam gecə yuxusu - gündəlik rifahın təminatıdır.

8 Məqsədin olması. 

Bir çox insanlar həyatda istiqamət və ya məqsədsiz yaşayırlar. Amma bu yüksək həssaslığa malik insanlar üçün ağlasığmazdır. Onlar həyatdakı məqsədləri barədə dərindən fikirləşirlər. Onlar kimdir, nə üçün onlar burdadır və onları bu planetə nə üçün göndəriblər? Roman yazılması, dünya səyahəti və ya inandığı işdə liderlik funksiyaları olmasından asılı olmayaraq həssas insanlar mənalı tapşırıqlar axtarırlar.

9 Yanınızda anlayışlı insanların olması. 

İnsanların çox elə də həssas deyil, onlar sadəcə bunun (səs-küylü yerdə olmağın necə gücdən salması)nə olduğunu bilmirlər. Pik saatlarında metroda 15 dəqiqə gedəndən sonra necə əsəbi olmağın. Kinoda zorakılıq səhnəsini görərkən kədərlənməyin. Hər kəs belə əldən düşmür.

Amma yüksək həssaslığa malik insanlara lazım olan onları həqiqətən anlayan ən azı 2-3 yaxın insanın olmasıdır. Təkcə anlayan yox, həm də yenidən həyəcanlanmadan qorumağa qadir olan lazımdır. “Bəli, biz bu şənlikdən elə indicə gedəcəyik. Mən görürəm ki, sən çox yorğunsan. Bu normaldır. Getdik”.

10 Təbiət və gözəllik. 

Ətraf mühit hər birimizə təsir göstərmir. Amma yüksək həssaslığa malik insanlarda bu əlaqə daha dərin olur. Təbiətlə gündəlik əlaqə, əlavə olaraq onları əhatə edənin estetik olması onlar üçün çox vacibdir. Dolmuş, xaotik və ya sadəcə çirkin mühit onları özündən çıxara bilər. Gözəllik isə cavanlaşdıran və sakitləşdirən məlhəmdir.

 

Mənbə: Psychologies.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR