Slimfit
  1. DÜNYA

Həsən Ruhani: “Maska taxmayan vətəndaşlara cəza tətbiq olunacaq”

Həsən Ruhani: “Maska taxmayan vətəndaşlara cəza tətbiq olunacaq”
Sakura

Həsən Ruhani: “Maska taxmayan vətəndaşlara cəza tətbiq olunacaq”

İranda tibbi maskadan istifadə etməyənlərə cəza tətbiq olunacaq.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu, İran Prezidenti Həsən Ruhani Koronavirusla Mübarizə Milli Qərargahının iclasında deyib.

“Nəzarət azalıb, Səhiyyə Nazirliyinin son məlumatlarına görə, koronavirus artıq gənclərə də yoluxur. Xəstəxanaya yerləşdirilənlərin 14%-ni daha əvvəl koronavirusa yoluxanlar təşkil edir. Sanitariya-gigiyena qaydalarını və nəzarəti sərtləşdirməyə məcburuq. Bu həftə maska taxmayan vətəndaşlara sərt qaydalar tətbiq olunacaq”, - deyə İran Prezidenti qeyd edib.

H.Ruhani bildirib ki, vətəndaşların maskadan istifadə etməməsinə artıq göz yumulmayacaq: “Maska taxmayanlara heç bir dövlət xidməti göstərilməməlidir”. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR