Slimfit
  1. CƏMİYYƏT

Hesablama Palatası Kənd Təsərrüfatı Nazirliyinə bir sıra təkliflər verib

Hesablama Palatası Kənd Təsərrüfatı Nazirliyinə bir sıra təkliflər verib
Sakura

Hesablama Palatası Kənd Təsərrüfatı Nazirliyinə bir sıra təkliflər verib

Azərbaycanda pambığın tədarükçülərə təhvil verilməsinə görə məhsul subsidiyasının məbləğinin artırılmasını müsbət qiymətləndirməklə yanaşı, xam pambıqdan alınan emal məhsullarının respublikada formalaşdırılması və inkişafı (o cümlədən toxuculuq sənayesinin inkişafı, dövlət vəsaiti hesabına tikilmiş pambıq emalı zavodu komplekslərinin imkanlarından geniş surətdə istifadə edilməsi və s.) üçün də zəruri tədbirlərin görülməsini vacib hesab edirik.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki, bunu Hesablama Palatası dövlət büdcəsindən Kənd Təsərrüfatı Nazirliyinə ayrılmış vəsaitlərin auditini apardıqdan sonra bəyan edib.

Palata digər təkliflərlə də çıxış edib:

- Son illər mineral gübrə bazarında qlobal dəyişikliklərin baş verməsini, o cümlədən qiymətlərin kəskin artırılmasını qeyd etməklə yanaşı, bu sahədə fəaliyyətin gücləndirilməklə hazır kənd təsərrüfatı məhsullarının idxalının əvəzinə tələb olunan miqdarda mineral gübrələrin idxalını həyata keçirməklə respublikada kənd təsərrüfatı məhsullarının yerli istehsalının daha çox artırılmasını faydalı hesab edirik;

- Respublikada yüksək reproduksiyalı yerli toxum istehsalının artırılması üçün bu sahədə baza rolunu oynayan və fəaliyyəti tamamilə büdcə vəsaiti hesabına maliyyələşdirilən Nazirliyin tabeliyindəki müvafiq elmi-tədqiqat institutlarının fəaliyyətlərinin gücləndirilməsini (təkmilləşdirilməsini) və sonrakı mərhələlər üzrə respublikada qeydiyyatdan keçmiş 1-ci və 2-ci reproduksiyalı toxumlar üzrə istehsalçıların fəaliyyətinin mütəmadi qiymətləndirilməsini, ilkin mərhələdə ölkənin ərzaq təhlükəsizliyində əsas yerləri tutan bitki növləri (buğda, arpa, kartof və s.) üzrə idxaldan asılılığın azaldılması istiqamətində (kvotanın daha əsaslı surətdə müəyyən olunması, toxumların mənbəyinin və hərəkətinin izlənilməsi və s.) əlavə tədbirlərin görülməsini vacib hesab edirik;

- Respublikamızda heyvandarlığın inkişaf etdirilməsi imkanlarının mövcud olduğunu nəzərə alaraq, yerli damazlıq təsərrüfatların imkanlarından (potensialından) istifadə olunmaqla kənd təsərrüfatı heyvanlarının baş sayının və heyvandarlıq məhsulları istehsalının artırılması istiqamətində əlavə tədbirlərin həyata keçirilməsini zəruri hesab edirik.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR