Slimfit
  1. İQTİSADİYYAT

Hesablama Palatası Bərdə Rayon Mərkəzi Xəstəxanasının fəaliyyətində nöqsanlar aşkar edib

Hesablama Palatası Bərdə Rayon Mərkəzi Xəstəxanasının fəaliyyətində nöqsanlar aşkar edib
Sakura

Hesablama Palatası Bərdə Rayon Mərkəzi Xəstəxanasının fəaliyyətində nöqsanlar aşkar edib

Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, dövlət büdcəsindən Bərdə Rayon Mərkəzi Xəstəxanasına ayrılan vəsaitlərin icrasının vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə Hesabatı müzakirə edərək təsdiq edib.

Report” Palataya istinadən xəbər verir ki, audit 2017-2018-ci illər üzrə 12113,1 min manat vəsaiti əhatə edib.

Hesabatda göstərilib ki, çarpayı günləri 2017-cı ildə 43,3%, 2018-ci ildə 43,7% icra olunmasına baxmayaraq, ayrı-ayrı xəstəxanalar üzrə çarpayı günlərinin icrası 2017-ci ildə 2,7%-dən 53,4%-dək, 2018-ci ildə 1,7%-dən 51,4%-dək fərqli olub. Carpayı günlərin az icra olunmasına baxmayaraq 2017-ci ilin əvvəlinə vakant olan 57,0 ştatın 10,0 vahidi, 2018-ci ilin əvvəlinə vakant olan 76,0 ştatın 4,0 vahidi xəstəxanalarda bir oklad işləyən işçilərə əvəzçilik üzrə verilib, ərzaq və dərman xərcinin icrası zamanı xəstəxanalar üzrə çarpayı günlərinin icrasının nəzərə alınmaması nəticəsində bir çarpayı gününə düşən dərman xərci 2017-ci ildə 0,5-4,4 manat, 2018-ci ildə 0,06-4,1 manat, ərzaq xərci isə müvafiq olaraq 2,4-3,7 manat, 2,9-4,8 manat təşkil edib, bəzi kənd sahə xəstəxanalarında isə icra olunmuş çarpayı günləri dərmanla təmin olunmayıb.

Nazirlər Kabinetinin 13 may 2005-ci il 13 may tarixli qərarı ilə təsdiq edilmiş "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydaları"nın tələbləri bəzi hallarda gözlənilməyib, istifadə müddəti bitmiş dərman, sarğı ləvazimatları və materialları aşkar edilib, əmək haqlarının hesablanması və ödənilməsi zamanı bir sıra normativ hüquqi sənədlərin tələbləri gözlənilməyib, tarif dərəcələrinin düzgün müəyyənləşdirilməməsi nəticəsində artıq əmək haqqı ödənilib, normadan artıq ərzaq məhsulları silinib, yerinə yetirilməmiş əsaslı təmir işlərinə görə vəsait ödənilib, ehtimal olunan qiymətlərin müəyyən edilməməsi səbəbindən mallara (işlərə və xidmətlərə) görə artıq vəsait ödənilib, satınalma keçirilmədən, təsdiqedici sənəd olmadan vəsait xərc edilib, səhiyyə müəssisələrinin tələbatından artıq mal-materillar alınaraq uzun müddət istifadəsiz saxlanılıb.

2017-2018-ci illərdə əsas vəsaitlərin silinməsi zamanı metal qırıntısı toplanıb təhvil verilməyib, nəqliyyat vasitələrinə artıq amortizasiya hesablanıb, Maliyyə Nazirliyinin 25 dekabr 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları”na bir sıra hallarda əməl edilməyib.

Hesabatda qeyd edilmiş nöqsanlar dinlənilib, Bərdə Rayon Mərkəzi xəstəxanası tərəfindən dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələbi pozularaq satınalma keçirilmədən vəsait xərc edilməsinə görə, eləcə də təyinatdankənar xərcə yol verildiyinə görə qanunvericiliyə uyğun olaraq tədbir görülməsi məqsədi ilə müvafiq materialların Baş Prokurorluğa göndərilməsi qərara alınıb.

Xətəxana tərəfindən bir sıra tədbirlərin həyata keçirildiyi də nəzərə alınmaqla qəbul edilmiş Kollegiya Qərarında həmçinin malların (işlərin və xidmətlərin) satınalınması zamanı “Dövlət satınalmaları haqqında” qanunun və dövlət satınalmalarını tənzimləyən digər normativ-hüquqi aktların tələblərinə tam əməl edilməsi, mal-materialların bazar qiymətlərindən baha alınması nəticəsində artıq ödənilmiş vəsatlərin dövlət büdcəsinə bərpası, səhiyyə müəssisələrinin tələbatından artıq alınaraq uzun müddət istifadəsiz saxlanılmış müxtəlif avadanlıq və mal-materialların istifadəsi ilə bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi, 2018-ci ilin maliyyə hesabatlarında və digər hesabatlarda qeyd olunan pozuntular və uyğunsuzluqlar aradan qaldırılmaqla 2019-cu ilin maliyyə hesabatlarının müvafiq qaydalara uyğun olaraq tərtib edilməklə Hesablama Palatasına təqdim olunmasının təmin edilməsi göstərilib.

Auditin nəticələri üzrə aşkar edilmiş qanunvericiliyin pozulması halları, nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədi ilə “Hesablama Palatası haqqında” qanunun 27.6-cı maddəsinə uyğun olaraq ölkə qanunvericiliyi ilə müəyyən olunmuş qaydada müvafiq tədbirlərin görülməsi üçün Kollegiya qərarı və Auditor hesabatının surəti Səhiyyə Nazirliyinə, Bərdə Rayon İcra Hakimiyyətinə və Bərdə Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR