Slimfit
  1. İQTİSADİYYAT

Hərraclarda dollara tələb kəskin artıb

Hərraclarda dollara tələb kəskin artıb
Sakura

Hərraclarda dollara tələb kəskin artıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2020-ci ilin fevral ayı ərzində 543,4 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

 

Bu barədə Marja-ya Fonddan bildirilib.

 

Xatırladaq ki, Dövlət Neft Fondu tərəfindən 2020-ci ilin yanvar ayı ərzində 300,2 milyon ABŞ dolları məbləğində vəsait satılmşdı. Beləliklə, yanvar ayı ilə müqayisədə fevralda Fondun satdığı vəsait 81% artıb.

 

Xatırladaq ki, Dövlət Neft Fondu tərəfindən 2019-cu ilin yanvar ayı ərzində 634,9 milyon ABŞ dolları, fevral ayı ərzində isə 316,2 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı.

 

DÜNƏN HƏRRACDA 323,2 MİLYON DOLLAR SATILIB

 

Mərkəzi Bankın yaydığı məlumata görə, 10 mart 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə keçirilmiş valyuta hərracında 323,2 milyon ABŞ dolları məbləğində təşkil etmiş tələb tam şəkildə təmin edilmişdir.

 

"Eyni zamanda, bankların nağd valyutaya olan tələbləri də tam təmin olunmuşdur",- məlumatda deyilir.

 

Qeyd edək ki, uzun müddətdir Mərkəzi Bank valyuta hərracından sonra satılmış həcmi açıqlamırdı. 

 
Bir hərracda 323,2 milyon ABŞ dolları məbləğində ABŞ valyutasının satılması bankların tələbinin artdığına işarədir. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR