Slimfit
  1. MARAQLI

Hərfləri əylənərək öyrətmək üçün

Hərfləri əylənərək öyrətmək üçün
Sakura

Hərfləri əylənərək öyrətmək üçün

Uşaqlar rənglər, hərflər, şəkillər kimi mövzular haqqındakı ilk bilikləri valideynlərindən öyrənirlər. Ana, ata olaraq övladınıza məktəb həyatı başlamazdan əvvəl təməl bilikləri öyrətmək istəməyiniz çox normaldır. Vacib olan uşaqlara təzyiq göstərmədən, onların inkişaf müddətinə hörmətlə yanaşaraq hərəkət etməkdir. Hər uşağın fərqli inkişaf etdiyi, özünəməxsus zaman çərçivəsində öyrənmə qabiliyyəti olduğu qəbul edilməlidir. Uşaqlara sıxılmadan, onlarla gözəl vaxt keçirərək hərfləri öyrətmək üçün bir neçə əyləncəli fikri bir araya gətirdik.

"Hərflərdən yollar"

Uşağınıza öyrətmək istədiyiniz hərfləri ya rəngli A4 kağızların üzərinə iri-iri yazın, ya da hərflər rəngli kağızları dolduracaq ölçüdə çap edin. Daha sonra bu hərflərə, eyni ilə yollarda olduğu kimi incə xətlər çəkin. Övladınızın kiçik maşınlarla bu "yollardan" getməsini təmin edin. Eyni zamanda hərfi tələffüz edərək öyrənməyini möhkəmləndirin.

"Puzzle"lar

Hərfləri kağızların üzərinə bir-bir, səhifəni dolduracaq şəkildə yazın və ya çap edin. Daha sonra bu hərfləri tam ortadan 4 yerə bölün. Hər hərf üçün dörd hissəlik "puzzle" hazırlayaraq, uşağınızın daha əyləncəli şəkildə öyrənməsini təmin edəcəksiniz.

"Hərfləri tap"

Kağızın üzərinə dairələr çəkin. Hər dairənin içərisinə fərqli hərflər yazın. Məsələn, "A" hərfini öyrətmək istəyirsinizsə, dairələrə bir neçə "A" hərfi daha da əlavə edin, həm böyük, həm də kiçik hərf yazın. Sonra isə bu kağızı övladınıza verin və "A" hərfi olan dairələri rəngləməsini istəyin.

"Spagetti"dən hərflər

Övladlarınıza hərfləri öyrətməyin əyləncəli yollarından biri də hərfləri yeməklərlə birləşdirməkdir. Onun qarşısına tək rəng boşqab qoyun. Başqa bir qabda da qaynadılmış "spagetti"ləri verin. Nümunə göstərmək üçün ilk əvvəl siz "S"hərfini düzəldin. Fərqli hərfləri göstərdikdən sonra eyni ilə onunda etməsini istəyin.

"Duzdan hərflər"

Bu oyunda uşağınıza hərfləri öyrətmək üçün biraz duz və bir böyük qab bəs edəcəkdir. Kənarları yüksək olan bu qaba çoxlu duz tökün. Sonra isə barmağınızla duza istənilən hərfi çəkin. Onunda eyni hərfi çəkməsi üçün təşviq edin. Çox sadə olan bu oyun övladınızın hərfləri öyrənməsi üçün sizə çox kömək edəcək.

"Jurnallardan kəs yapışdır"

Böyük bir kartona boydan-boya 4 xətt çəkin və 5 bərabər hissəyə bölün. Hər hissənin ən üstünə bir hərfin həm böyük, həm də kiçik formasını yazın. Məsələn, ilk sütuna "A", ikinciyə "B", üçüncüyüə "C", dördüncüyə "D", beşinciyə "E" hərfini yazın. Sonra isə qəzətlərdən, jurnallardan, kitablardan və s. böyük və kiçik A, B, C, D, E hərflərini kəsin. Uşağınızdan hər hərfi doğru sütuna yerləşdirməsini istəyin və birlikdə yapışdırın.

"Plastik su qapaqları"

Kiçik ölçülü plastik su qapaqlarını toplayın. Daha sonra kağızın üzərinə həmin qapaqların ölçüsündə dairələr çəkin. Hər dairənin içərisinə hərflər yazın. Eyni hərfləri qapaqların üzərinə də qeyd edin. Bütün hərfləri kağıza və qapaqlara yazdıqdan sonra uşağınızdan qapaqların üzərindəki hərfə uyğun dairələrə yerləşdirməyini istəyin. Siz də həmin hərfi tələffüz edin və onunla
başlayan heyvan, əşya və s. adlarını söyləyin.

Həmçinin, bu oyunlarla rəqəmləri, riyazi işarələri və s. öyrədə bilərsiniz. Uşaqlarla keçirilən bu əyləncəli oyunlar həm onun tez və rahat öyrənməsinə, həm də sizinlə birlikdə səmərəli vaxt keçirməsinə yardım edəcəkdir.

Mənbə: hurriyyet.org

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR