Dərc edildi: Baxış sayı: 543
Hərəkətinə icazə verilmiş 47 min nəfərin icazəsi ləğv edilib
“Müşahidələr və faktlar da göstərir ki, vətəndaşlar özünütəcrid kimi çox vacib bir tələbə əməl etmirlər. Bu istiqamətdə də tendensiya ürəkaçan deyil”.
APA xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
O, aprelin 8-də bir sutka ərzində 3 073 xüsusi karantin rejimi (XKR) pozuntusu olduğunu xatırladıb: “Aprelin 10-da bu göstərici 3 112-yə yüksəlib. Bu gün - aprelin 11-də isə artıq 1 sutka ərzində XKR qaydalarının pozuntusu 3 810-a yüksəlib. icazə-e-gov.az portalına müraciət edilərək hərəkətinə icazə verilmiş 47 min nəfərin icazəsi artıq ləğv edilib”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət