Slimfit
  1. MEDİA

“Hərbiyyə” hərbi vətənpərvərlik düşərgəsinin müddəti uzadıldı

“Hərbiyyə” hərbi vətənpərvərlik düşərgəsinin müddəti uzadıldı
Sakura

“Hərbiyyə” hərbi vətənpərvərlik düşərgəsinin müddəti uzadıldı

"ASAN xidmət", "ASAN Könüllüləri" Təşkilatı və Dövlət Sərhəd Xidmətinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunan "Hərbiyyə" hərbi-vətənpərvərlik düşərgəsi davam edir.

 24 iyul 2018-ci il tarixində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Milli Qəhrəman İntiqam Atakişiyev, aprel döyüşlərinin qaziləri, xüsusi təyinatlılar iştirakçılarla görüş keçiriblər.

            Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev iştirakçıları salamlayaraq “ASAN xidmət” və “ASAN Könüllüləri” Təşkilatının bu təşəbbüsündən məmnun olduğunu qeyd edib. Ölkə prezidentinin ASAN könüllülərinin fəaliyyətinə daim dəstək olduğunu vurğulayıb.

            Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev düşərgədə iştirak üçün xeyli müraciətin olduğunu qeyd edib. Həmçinin bu layihənin iştirakçılarda vətənpərvərlik hislərinin arıtırlması, onların bilik və bacarıqlarının yüksəldilməsi istiqamətində xüsusi rol oynayacağını vurğulayıb.

            Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bu layihənin gerçəkləşməsini yüksək qiymətləndirib, iştirakçılara uğurlar arzulayıb. Həmçinin təmsil etdiyi qurumun bu cür layihələrə daim dəstək olduğunu vurğulayıb.

            Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev iştirakçıları salamlayıb və ASAN Könüllülərinin fəaliyyətinin gənclər üçün nümunə olduğunu bildirib. Qeyd edib ki, bu il Dövlət Gömrük Komitəsinə işə qəbul olunan əməkdaşlardan 20-si məhz ASAN Könüllüsüdür.

            Daha sonra qonaqlar nahar yeməyinə qatılıblar.

            İştirakçıların təklifi nəzərə alınaraq düşərgənin müddəti iki gün uzadılıb.

            Sonda xatirə şəkli çəkdirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR