Dərc edildi: Baxış sayı: 833
“Hərbiyyə-101” hərbi vətənpərvərlik düşərgəsinə start verilir
Könüllülərin çoxsaylı müraciətlərini nəzərə alaraq Bakının azad olunmasının 101 illiyinə həsr edilmiş “Hərbiyyə 101” hərbi vətənpərvərlik düşərgəsinə start verilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, 5-10 sentyabr tarixində Beyləqan hərbi birliyində baş tutacaq düşərgə "ASAN xidmət", Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və "ASAN Könüllüləri" Təşkilatının birgə təşkilatçılığı ilə gerçəkləşəcək.
Hərbi simulyasiya formatında həyata keçiriləcək bu layihə çərçivəsində iştirakçılar müxtəlif peşəkar hərbi təlimlərə cəlb olunacaq, taktiki hazırlıq, qarovul, atəş, topoqrafiya, komandir və digər hərbi hazırlıqlarda iştirak edəcəklər. Eyni zamanda müxtəlif tarixi-mədəni ərazilərə ekskursiyalar təşkil olunacaq.
“Hərbiyyə” gənc nəslin hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində təşkil olunan sayca 4-cü düşərgədir.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət