Dərc edildi: Baxış sayı: 1058
Hərbi Prokurorluğun bir neçə əməkdaşı medalla təltif edildi
Hərbi prokurorloğun bir neçə əməkdaşı yubiley medalına layiq görülüb.
Metbuat.az-ın əldə etdiyi məlumata görə, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik, cənab Elçin Quliyev Azərbaycan Respublikası Hərbi Prokurorluğunun bir neçə əməkdaşını "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edib.
Faktı Metbuat.az-a Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri, Hərbi Prokurorun böyük köməkçisi, ədliyyə müşaviri Firad Əliyev təsdiq edib.
Qeyd edək ki, Firad Əliyevin özü də sözügedən medalla təltif olunanlar sırasındadır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət