Dərc edildi: Baxış sayı: 438
Hərbi hissədə seminar keçirilib
Müdafiə Nazirliyi (MN) ilə Dövlət Təhlükəsizliyi Xidmətinin birgə fəaliyyət planına uyğun olaraq, hərbi hissələrdən birində növbəti seminar keçirilib.
Bu barədə "Report"a MN-dən məlumat verilib.
“Xarici xüsusi xidmət orqanlarının pozuculuq fəaliyyəti” və “Dini ekstremizmə qarşı mübarizə və informasiya təhlükəsizliyi” mövzularında keçirilən seminar hərbi qulluqçular tərəfindən maraqla qarşılanıb.
Seminarda çıxış edənlər bu tip seminarların şəxsi heyətin maarifləndirilməsi məqsədilə keçirildiyini hərbi qulluqçuların diqqətinə çatdırıb.
Sonda “Heç vaxt gec deyil” sənədli filmi nümayiş etdirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət