Slimfit
  1. MEDİA

"Hərbçilərimizin ermənilər tərəfindən qətlə yetirilməsinə parlament səviyyəsində etiraz edilməlidir" — Deputat

"Hərbçilərimizin ermənilər tərəfindən qətlə yetirilməsinə parlament səviyyəsində etiraz edilməlidir" — Deputat
Sakura

"Hərbçilərimizin ermənilər tərəfindən qətlə yetirilməsinə parlament səviyyəsində etiraz edilməlidir"…

"Atəşkəs olmasına baxmayaraq, dünən yenə də bir komandirimiz şəhid olub. Bu məsələyə parlament səviyyəsində etiraz edilməlidir".

Demokrat.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında çıxış edən deputat Çingiz Qənizadə deyib.

Ç.Qənizadə bildirib ki, bu hadisə o vaxta təsadüf edir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıdadır:

“Atəşkəs elan etdiyimiz dövrdə yenə də komandirlərimiz ermənilər tərəfindən qətlə yetirilir. Hər iki tərəfin razılaşmasına əsasən snayperlər vasitəsilə atəş açmaq qadağan olunsa da, düşmən tərəfi yenə də öz mənfur işini görür. Çox istərdim ki, Milli Məclis ATƏT-in Minsk qrupu həmsədrlərinə bir daha çağırış etsin. Bu hadisəni törədənlər, günahkarlar cəzalandırılmalıdır. Çünki belə davam edə bilməz. Dinc şəraitdə və atəşkəs rejimində yenə də zabitlərimiz snayperlər vasitəsilə qətlə yetirilir".

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR