Hər maşının keçə bilməyəcəyi yollar - Qusarın dağ kəndləri
Slavik Orduxanov Qusarın Kənarçay kəndinin sakinidir. O, yaşadığı kənddən şəhər mərkəzinə öz furqon tipli maşını ilə gedə bilir.
O deyir ki, kəndlər yüksəklikdə yerləşdiyindən burada çoxlarının belə maşınları var.
Səbəb isə yalnız bu maşınların məşəqqətli yollara dözməsidir.
Daha yüksəklikdə yerləşən kəndlərə isə yağışlı və soyuq havada yalnız Qaz-66 tipli yük avtomobilləri qalxır.
Slavik deyir ki, hər istəyəndə şəhərə düşüb-çıxmaq olmur, amma hərdən sakinlər bunu etməyə məcburdur.
BBC News Azərbaycanca müxbirlərinin getdiyi istiqamətdə Qusarın asfaltlanmış son kəndi Həzrə idi.
Ondan sonra gələn və 2300 metrdən də yüksəkliyədək sıralanan kəndlərin yolları isə hərəkət üçün çətindir.
Yağış yağanda isə bu çətinlik daha da artır.
Bu ilin aprelində İlham Əliyev Qusar rayonunun Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolunun tikintisi ilə bağlı ilkin olaraq 3 milyon manat pul ayırıb.
Avtomobil Yolları Dövlət Agentliyindən deyirlər ki, 44 km-lik yolun tikintisi artıq başlayıb.
"Yolun tikintisinin tamamlanması hava şəraitindən asılı olaraq 2019-cu ilin sonlarına planlaşdırılır", qurum deyir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət