Slimfit
  1. MARAQLI

Hər kəs vegetarian olsa, dünya necə olardı?

Hər kəs vegetarian olsa, dünya necə olardı?
Sakura

Hər kəs vegetarian olsa, dünya necə olardı?

Gündəlik qidalanma zamanı ətdən tamamilə imtina etmək həm sağlamlığımız, həm də təbiətin yaxşılığı üçün önəmli dərəcədə faydalı ola bilər. Amma bunun milyonlarla insana zərərləri də olar.

Hər insan vegeterianlığı fərqli səbəblərlə qəbul edir: kimi heyvanların ağrı çəkməyinə son vermək, kimi də daha sağlam bir həyat yaşamaq üçün.

Lakin dünyadakı hər kəs vegeterianlığı seçsə, milyonlarla insanın mövqeyindən bunun ciddi zərərləri ortaya çıxacaq.

Kolumbiya Beynəlxalq Tropik Kənd Təsərrüfatı Mərkəzində işləyən Andrey Jarvis bunun əslində iki fərqli dünyanın hekayəsi olduğunu deyib:

“İnkişaf etmiş ölkələrdə vegeterianlıq təbiət və sağlamlıq baxımından bir çox yarar gətirsə də, inkişaf etməkdə olan ölkələrdə yoxsulluq baxımından mənfi təsirləri olacaq”.

İQLİM DƏYİŞİKLİYİ

Dünyada insan birliklərinin səbəb olduğu istixana qazlarının dövriyyəsinin 1/4-i qida məhsullarının istehsalından qaynaqlanır. Bunun isə böyük əksəriyyəti heyvandarlığın payına düşür. 4 nəfərlik ailənin istifadə etdiyi ət məhsullarının istehsalı zamanı çıxan istixana qazları iki avtomobilin havaya buraxdığı çirkli qazların miqdarından daha çoxdur. Buna baxmayaraq, qlobal istiləşmə məsələsi müzakirəyə çıxarılanda gündəmə sadəcə ət deyil, avtomobillər gəlir.

Oksford Universitetinin araşdırmaçısı Marko Sprinqman dünyanın nə qədər düzələcəyini təxmin etmək üçün bir kompüter modeli hazırlayıb. Bu modelə görə, 2050-ci ildə hər kəs vegetarian olsa, istixana qazları 60% azalar.

BİOÇEŞİDLİLİK

Qida istehsalı istixana qazlarının əsas qaynaqlarından biri olduğu qədər, yer üzündəki torpaq sahələrinin otlağa çevrilməsi və bioçeşidliliyin artması baxımından da önəm daşıyır. Qeyd edək ki, dünyada kənd təsərrüfatına ayrılan sahələrin 68%-i heyvanlar üçün otlağa çevrilir.

Hər kəsin vegetarian olması ehtimalında bu sahələrin 80%-i meşələrə çevriləcək və karbon qazının udulması yolu ilə iqlim dəyişikliyi yavaşlayacaq.

Yerdə qalan 20% təsərrüfat torpaqlarında isə müxtəlif qida məhsulları becərilməklə qida istehsalı artırıla bilər. Bu qədər torpaq az görünsə də, təsiri çox böyük ola bilər. Onsuz da bu gün kənd təsərrüfatı üçün istifadə edilən torpaqların 1/3-i insanların deyil, heyvanların qidası üçün istifadə edilir.

ALTERNATİV YAŞAM QAYNAQLARI

Keçmişdə heyvan bəsləməklə yaşayan insanların hesabına kənd təsərrüfatı, meşəçilik və ya heyvanlar üçün istifadə edilən qidaların tullantılarından bioenerji istehsalı kimi yeni iş yerləri açılmasını təmin etmək lazımdır. Əks halda işsizlik yaranar və çox böyük problemlərə səbəb ola bilər.

Lakin hər kəsə alternativ bir iş tapmaq da asan deyil. Dünyanın bəlli bölgələrindəki insanlar üçün heyvansız yaşamaq o mühit şərtləri baxımından imkansızdır. Məsələn, moğollar və barbarlar kimi köçəri tayfaların heyvansız yaşaması mümkünsüzdür.

Vegeterianlığın sağlamlığa təsiri də sərt ola bilər. Əgər, 2050-ci ilə qədər hamı vegetarian olsa, ürək-damar xəstəlikləri, şəkərli diabet, infarkt və xərçəng xəstləlikləri azalar və xəstəlikdən ölüm faizləri 10 dəfə aşağı düşər.

ALTERNATİV QİDA PROBLEMİ

Qidalanma ilə bağlı olan xəstəliklər azalacağı üçün səhiyyə xərclərinə də qənaət edilər. Lakin ətin tərkibindəki kalori miqdarı taxıl və düyü kimi məhsullardan daha çox olduğu üçün bu məhdudiyyəti doğru alternativlərlə bağlamağa çalışmaq lazımdır.

Bu gün sadəcə vegeterian olmaqla deyil, ət məhsullarını daha az miqdarda istifadə etməklə də təbiətə böyük faydalar verə bilərik.

Araşdırmaçı Sprinqman ətin qiymətini qaldırmaq, tərəvəz və meyvələrin istehsalını çoxaltmaq yolu ilə insanların daha sağlam həyat tərzi keçirmələrini təmin etməyin mümkün olduğunu deyib.

Zümrüd

 

Mənbə: Publika.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR