Sağlam və məhsuldar bir həyat yaşaya bilməyin yolu, yeni bacarıqlar inkişaf etdirmək və öz-özünüzə kifayət…
1. Od qalamaq – Od qalamağı öyrənmək; çətin vəziyyətlərdə, isinmə və işıqlanma kimi təməl və həyati ehtiyaclarımızı qarşılamağımızı təmin edə bilər.
2. Kompüterdən istifadə etmək – Günümüzdə, təməl kompüter biliyinə sahib olmaq, hardasa məcbur bir hala gəlib çıxıb. Öyrənin və ehtiyacı olanlara öyrədin.
3. Google-dan effektli bir şəkildə istifadə edə bilmək – Google, ehtiyacınız olan hər şeyi tapa bilməyinizə köməkçi ola bilər. Özünüzü inkişaf etdirmək üçün, effektiv axtarış üsulları kimi məqalələrdən yararlana bilərsiniz.
4. Ürək masajı və Heimlich manevri – Bir gün, ürək masajına ehtiyacı olan həyat yoldaşınız, uşaqlarınız və ya qonşularınız ola bilər. Gecikmədən, öyrənin.
5. Mexanika maşın sürməyi öyrənmək – Birdən, elə bir vəziyyət yaransa ki, mexanika maşın sürməli olsanız?
6. Yemək bişirmək – Yumurta, makaron kimi sadə şeyləri bişirməyi öyrənməlisiniz. Ən azından özünüzü doyura biləcək qədər.
7. İnsanların diqqətini cəlb edə biləcək bir hekayə anlatmaq – Əgər bir şeylər anlatarkən ətrafınızdakıların diqqətini toplamağı bacarmırsınızsa, bəlkə də danışmamalısınız.
8. Döyüşməyi öyrənmək və ya davanın qarşısını almaq – Hər iki vəziyyətdə də qazanan siz olarsınız.
9. Pis xəbər verə bilmək – Üzücüdür, amma biriləri bunu etmək məcburiyyətindədir. Bir gün siz də məcbur qala bilərsiniz.
10. Təkər dəyişdirmək – Təkərlər hava ilə doludur və adətən, hava ilə dolu olan şeylər partlayar. Hazrılıqlı olmağınızda fayda var.
11. İş intervyusu – Həyəcan içində tərləməyin çox istədiyiniz o işi almağınıza kömək etməyəcəyi dəqiqdir.
12. Proqram hazırlamaq – Proqramsız olmaq vaxt itirmək demək olmaya bilər, lakin məhsuldarlığınızı artırmaq üçün proqramlı olmağınızda fyada var.
13. Sürətli oxumaq – Bəzən bir şeyləri tam oxumaq əvəzinə, ehtiyacınız olan şey, qısa bir müddətdə əldə edə biləcəyiniz ümumi bir fikirdir.
14.Adları xatırlamaq – Başqalarının sizi, “Ey, sən!” deyə çağırmağı xoşunuza gəlir?
15. Köçmək – Köçmək, hər zaman, düşündüyünüzdən daha çətindir. Nizamlı və proqramlı olun.
16. Az əşya ilə səyahət etmək – Sadəcə ehtiyacınız olanları özünüzlə götürmək, daha məsrəfsiz, daha asan və daha ağıllı bir işdir.
17. Polislərlə yaxşı yola getmək – Avtomobilinizi saxladıqları və ya qapınıza gəldikləri zaman, stres yaşamamaq üçün, polislərlə necə anlaşa biləcəyinizi öyrənin.
18. Yolu başa salmaq – Ən azından yaxın çevrənizi tanıyın və effektli şəkildə yol başa salmağı öyərnin.
19. İlk tibbi yardım – Hansısa bir yaranı sarıya bilmək üçün həkim olmağınıza ehtiyac yoxdur.
20. Üzmək – Yer üzünün 71 % -i su ilə örtülüdür. Üzməyi öyrənmək yaxşı bir fikir ola bilər.
21. Avtomobili dayanacağa qoymaq – Avtomobili dayanacağa qoymaq, asan görünməyinə rəğmən, bir çox insanın bacara bilmədiyi və çətinlik çəkdiyi bir mövzudur. Nəqliyyatdakı fərdi avtomobil sayını nəzərə alanada isə, bir o qədər də həssas.
22. Alkoqol limitinizi öyrənmək – Sərhədi keçməmək və özünüzü idarə edə bilmək üçün, öz limitlərinizi kəşf etməyinizdə fayda var.
23. Təzə meyvə-tərəvəz seçmək – Pis bir alış-veriş edib ruh düşkünlüyü yaşamaq istəmərsiniz.
24. Çəkic, balta və mişardan istifadə etmək – Sadə əl alətlərindən istifadə etməyi öyrənmək, bir çox işinizi tək başınıza həll edə bilmək üçün köməkçi olar.
25. Büdcə hazırlamaq – Bocunuzun olmağı xoş bir hal deyil. Öz büdcənizi hazırlamaq və buna bağlı qalmaq, həm güvəndə, həm də yaxşı hiss etdirər.
26. Ən az, iki xarici dil öyrənmək – Dünya əhalisinin sadəcə 25 %- i ingiliscə danışır. Yerdə qalan 75 % – lə də əlaqə qurmaq istəyə bilərsiniz.
27. Jim və pres hərəkəti – Düzgün yerinə yetirilməyən jim və pres hərəkətləri; vaxt itkisi olmaqla yanaşı, sizi incidər.
28. Kompliment etmək – Kompliment, kiməsə verə biləcəyiniz ən gözəl hədiyyələrdən birirdir, üstəlik pulsuzdur.
29. Anlaşma – Daha qazanclı bir anlaşmadan, sadəcə bir və ya iki cümlə uzaqdasınız.
30. Dinləmək – Daha çox dinləyib, daha az danışsanız, daha çox şey öyrənə bilər və daha az şey qaçırarsınız.
31. Dünya coğrafiyası – Öz kiçik dünyanızın xarici haqqında bir şey bilmirsinizsə, elə də çox şey bildiyinizi demək olmaz.
32. Sadə boyama, ağartma işləri – Sadə ağartma işləri üçün böyük məbləğlər ödəmək, ağıllı bir iş deyil.
33. Nitq söyləmək – Növbəti şirkət toplantısında, müdürünüz qısa bir açıqlama etməyinzi istəsə, hazırlıqlı olmağınızda fayda var. Yaxşı bir nitqin, özgüvəninizi artıracağı da dəqiqidir.
34. Poza vermək – Kim fotolarda daha gözəl görünmək istəməz? Rahat-rahat poza vermək və kameralara gülümsəmək üçün güzgü qarşısında məşq edə bilrəsiniz.
35. Sevgi münasibəti üçün əks cinslə tanışlıq – Uğurlu bir tanışlıqla, utandırıcı bir tanışlıq arasında incə bir xətt var. Əgər qarşınızdakı insanın çox üstünə getsəniz, itirərsiniz. Əgər lazım olan qədər çalışmasanız, yenə də itirərsiniz.
36. Qeyd etmək – Natamam və ya çətin anlaşılan qeydlər, təəssüf ki, işinizi asanlaşdırmaz. Resepti natamam olan bir yeməyin dadlı olmağı, təəssüf ki, çətin işdir.
37. Qonaq olmaq – Sayğılı bir qona qolmağı bacarmırsınızsa, otel otaqlarında daha çox vaxt keçirməli ola bilərsiniz.
38. Effektli bir ilk təəssürat yaratmaq – İlk təəssürat üçün əsla ikinci bir şansınız yoxdur.
39. Xəritə və ya kopasla istiqaməti tapmaq – Heç tanımadığınız bir yerdə, GPS alətiniz xarab olsa, nə edəcəksiniz?
40. Düymə tikmək – Yeni bir köynək almaqdan qat-qat daha ucuzdur.
41. Səs sistemi qurmaq – Bu qədər sadə bir iş üçün pul ödəmək elə də məntiqli deyil, bundan başqa, biraz da tənbəl işidir.
42. Klaviaturadan istifadə etmək – Klaviaturanızla daha sürətli yazmağı öyrənmək, sizə bol-bol zaman qazandıracaq.
43. Şəxsi məlumatlarınızı qorumaq – Şəxsi məlumatlarınızı oğurlatmaq, heç də xoş olmayan nəticələr doğura bilər. Diqqətli olun.
44. Sadə kompüter və ya internet təhlükəsizliyi – Heç kimin tapa bilməyəcəyi parollar qoymaq və ya virus proqramlarından istifadə edə bilmək üçün kompüter mühəndisi olmağınıza ehtiyac yoxdur.
45. Yalan deyildiyinin fərqində olmaq – Təəssüf ki, insanlar sizə yalan söyləyəcək. Kimə güvənə biləcəyinizi bilməlisiniz.
47. Ləkə aparmaq – Düymə tikmək kimi, bu da, yenisini almaqdan daha ucuzdur.
48. Evi təmiz saxlamaq – Təmiz və səliqəli bir ev, nizamlı bir həyatın açarıdır.
49. Körpəni tutmaq – Körpələri necə tutmalı olduğunuzu öyrənin. Zərər vermək istəmərsiniz, hər halda.
50. Akkumlyatoru yatan maşını, dəstəkləyici kabellə, və ya arxadan itələyərək işə salmaq – yeriməkdən və ya hər dəfə çəkən çağırmaqdan, və ya yerimək məcburiyyətində qalmaqdan daha asandır.
Hazırladı: Fidan Aslanova Red
Mənbə: Kayzen.az
[haber=353]
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət