Slimfit
  1. MARAQLI

Hər gün işə getmək üçün özümüzü necə motivasiya etməliyik?

Hər gün işə getmək üçün özümüzü necə motivasiya etməliyik?
Sakura

Hər gün işə getmək üçün özümüzü necə motivasiya etməliyik?

Bu səhər də yataqdan ayrılıb, işə getməkdə çətinlik çəkmisiniz?

Aparılan araşdırmalara görə, dünyada işçilərin 85%-i işlərinə nifrət edir. Nifrət etmə səbəbi isə, iş yerlərinə bağlı olmamaları göstərilir. Bu araşdırma, dünyada çox sayda insanın işə getmək üçün kefsiz və depressiv oyandığını göstərir. Bəs bizi işimizlə bağlı bu qədər bədbinliyə sürükləyən nədir? Niyə bir çox insanlar işinə bağlı deyil? Özümüzü yetərsiz hiss etməyimizə səbəb olan və işimizə nifrət yaradan səbəblər nələrdir?

Hansı səbəblərə görə işinizdən nifrət edirsiniz?

Bir insanın işindən nifrət edəcək həddə çatmağının bir çox səbəbləri var:

  • Fürsətlərin və imkanların yetərsiz olması
  • İş yoldaşları ilə münasibət
  • Hörmətsizlik
  • İş yerindəki rəftar
  • Təhlükəsizlik
  • Məqbul olmayan istəklər
  • Az maaş

İş seçmə səbəbimiz doğru olmazsa, bu bizim motivasiyamızı aşağı salacaq.
 
İş seçmə səbəbi insandan-insana dəyişir. Kimisi hörmətli olmaq üçün, kimisi azad olmaq üçün, kimisi də zəngin olmaq üçün öz işini seçir. Bu mövzuda hər kəsin seçimi fərqlidir.

WorkItDaily.com yaradıcısı və CEO olan J.T. O’Donnel, 15 ildir bu mövzuda araşdırmalar aparır və belə nəticəyə gəlir: Bir çox insanlar xoşbəxt olduğu işi deyil, başqalarına xoş görünəcək işləri seçirlər. O’Donnel, işimizi sevməyimiz, özümüzü xoşbəxt və ona bağlı hiss etməyimiz üçün ilk öncə daxili motivasiya yaratmalıyıq və bunu inkişaf etdirməyə fokuslanmalıyıq.

Qısa müddətli motivasiya qaynaqları seçmək bizi bədbinliyə aparır.

Həqiqət budur ki, biz öz dolanışığımız üçün işləməliyik. Ona görə də, instinktimiz bizi hər gün motivasiya etmək üçün yetərli olacaq, ön beynimizin bizi hər gün yataqdan və qapıdan çıxarmaq üçün itələyəcək.

Ön beynimiz əslində balaca bir uşaq kimi səbirsizdir. Uzunmüddətli xoşbəxtlik yerinə anlıq xoşbəxtlikləri seçir. Bu da bizim səhv seçimlər etməyimizə səbəb olur.

ÖZÜMÜZÜ NECƏ MOTİVASİYA ETMƏLİYİK?

Hər kəsin özünə görə motivasiya tərzi var. Ancaq bəziləri effektiv olmaya bilər və motivasiyamızı daha da aşağı sala bilər.

Məsələn; bəziləri işini son ana qədər təxirə salar və ən axırda da işi görə bilməyəndə yarana biləcək mənfi nəticələri düşünərək özünü bu şəkildə danlar: “Bu işi iki gün içində həll etməsəm işdən qovulacam!”. Bəziləri isə özlərinə əmrvari tapşırıqlar verərək motivasiya edirlər. “Bacarmalısan”, “etmək məcburiyyətindəsən” kimi cümlələri tez-tez istifadə edirlər: “Tənbəlliyi bir kənara qoy və hesabatı vaxtında bitir!”

Motivasiya strategiyaları yaratmaq üçün bir neçə ipucu:

  1. Daxili dialoqunuzu daha emosional etmək: Özümüzün diktatoru deyil, dəstəkçisi olmalıyıq. Pozitiv cümlələr, hadisəyə və vəziyyətə qarşı baxışınızı dəyişəcək. “Bacaracam”, “Etmək istəyirəm”, “Edəcəm” kimi cümlələr bizə güc verəcək.
  2. Hissələrə ayırın: Gördüyümüz  işi daha kiçik və görə  biləcəyimiz hissələrə bölərək asanlaşdırmalıyıq.
  3.  Daxili motivasiyamızı kəşf etmək: Bizi məmnun edəcək işin nə olduğunu tapmaq heç də asan deyil. Təcrübələrimizin verdiyi acı nəticələrdən dərs alaraq  dəyişikliklər etməliyik. İşə getmək üçün ehtiyacımız olan daxili motivasiyamızı kəşf və inkişaf etdirməyə çalışmaq, bizim üçün xarici təsirlərdən və gözləntilərdən daha çox faydalı olacaq.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR