Dərc edildi: Baxış sayı: 613
Hər gün heyvanlara tonlarla su daşıyır
Keniyada yaşayan Patrik Kilonso Mvalua adlı bir sakin yerli əhali arasında “suçu” kimi tanınır.
Publika.az xəbər verir ki, buna səbəb Patrikin hər gün saatlarla yol gedib susuzluqdan əziyyət çəkən heyvanlara su verməsidir.
Patrik hər gün kilometrlərlə yol qət edərək Keniyanın “Tsavo Vest” Milli Parkına gedir. O, şəxsi maşını ilə təxminən 10 000 litr su apararaq parkda susuzluqdan əziyyət çəkən heyvanlara su verir.
Patrik heyvanları çox sevdiyini, buna görə də onlar üçün əziyyətə qatlaşmaqdan zövq aldığını deyir.
Zümrüd
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət