Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Hər gün çoxlu tum yesəniz nə baş verər

Hər gün çoxlu tum yesəniz nə baş verər
Sakura

Tumun tərkibində çox sayda maqnezium var

Hər gün günəbaxan tumu yeyərək vaxtını keçirənlərin  bir çoxu bu məhsulun 300 qramının gündəlik kalori qəbuluna bərabər olduğunu bilmir.

 Dietoloqların verdiyi məlumata görə,  hətta 50 qram günəbaxan tumu, insanın E vitamini ilə gündəlik ehtiyacını təmin edir. Məhz o ürək-damar sisteminin işini normallaşdıraraq aterosklerozun erkən inkişafının qarşısını alır.

 Tumun tərkibində çox sayda maqnezium var. Maqnezium  çatışmazlığı ölkəmizin bir sıra sakinlərində də  praktik olaraq müşahidə olunur. Orqanizmdə maqneziumun normal səviyyəsi əzələ ağrılarını, yorğunluğu aradan qaldırır, əsəbləri sakitləşdirir və hətta miqrenlərin qarşısını alır.

Tumun normal porsiyası yaşlanmanı  və görmənin itməsini yavaşladır, dəri və saçların vəziyyətini yaxşılaşdırır.  Lakin bunun da bir əmması var !  Hər gün tum yeyirsinizsə, həzm sisteminin xəstəliklərini - qastrit, kolit, pankreatit, hətta mədə xorası  qazana  bilərsiniz.

Mənbə: med2.ru

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR