Hər gün bişmiş çuğundur yeyin - 1001 dərdin dərmanıdır.
Bişmiş çuğundur sözün əsl mənasında superməhsuldur. Bu ucuz tərəvəzin saysız faydaları mövcuddur.
Bir çox qidalanma üzrə mütəxəssislər hər gün bir neçə tikə bişmiş çuğundur və ya çuğundur salatı yeməyi tövsiyə edirlər.
Saglamolun.az sizə bişmiş çuğundurun misilsiz faydalarını təqdim edir:
- İlk növbədə liflərlə zəngin olan bişmiş çuğundur bağırsaqları yumşaq təmizləyir, qəbizliyin qarşısını alır.
- Bişmiş çuğundur orqanizmi ziyanlı maddələrdən (şlaklar, toksinlər, radionukleidlər, ağır metalların duzları və s.) təmizləyir. Bu səbəbdən mütəxəssislər bişmiş çuğunduru ziyanlı istehsalatlarda işləyən insanlara yeməyi tövsiyə edirlər.
- Bişmiş çuğundur bağırsaqların mikroflarasını yaxşılaşdırır, disbakteriozu müalicə etməyə kömək edir.
- Bişmiş çuğundur arterial təzyiqi tənzimləməyə kömək edir.
- Çuğundur "pis"xolesterinin səviyyəsini aşağı salır.
- Antioksidant maddələri ilə zəngin olduğundan bişmiş çuğundur orqanizmdə qocalma proseslərini ləngidir, orqanizmi cavanlaşdırır.
- Bişmiş çuğundur kişi sağlamlığına müsbət təsir edir.
- Çuğundur insanı uzun müddət ərzində tox saxlayır, iştahanı azaldır və bununla da arıqlamağa kömək edir.
- Bişmiş çuğundur qaraciyər üçün çox faydalı məhsul sayılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət