Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Hər bir qadın mütləq bu müayinələrdən keçməlidir

Hər bir qadın mütləq bu müayinələrdən keçməlidir
Sakura

Hər bir qadın mütləq bu müayinələrdən keçməlidir

 Skrininq testləri sağlam insanlarda simptomsuz şəkildə inkişaf edən xəstəliklərin diaqnostikasına yönəlib. Skrininq müayinələrin hansı yaşda, hansı tezliklə, hansı müddət ərzində aparılması ekspertlər arasında tez-tez mübahisə predmenti olur. ABŞ-ın Profilaktik Tibbi Xidmətlər üzrə İşçi Qrupu müstəqil ekspert qrupu ilə birlikdə yaşdan asılı olaraq dəyişən skrininq üstünlükləri və risklərini müəyyən edib.  

Bunun əsasında qurum qadınlar üçün tövsiyə olunan skrininq müayinələrin siyahısını tərtib edib:

Arterial təzyiq

Normal arterial təzyiqi olan qadınlar (120/80 və ya daha aşağı) hər iki ildən bir müayinədən keçməlidirlər. Arterial təzyiq normadan çox olanda (120/80 və ya 139/89) və ya ürək-damar xəstəlikləri və ya insult riski yüksək olanda (məsələn, siqaret çəkənlər və ya diabet xəstələrində) ildə bir dəfə müayinə olunmaq lazımdır.

Sümük toxumasının sıxlığı

65 yaşında və ya növbəti illərdə menstrual fasilə dövrünə qədəm qoyan qadınlar (kalsium çatışmazlığı ilə əlaqədar) sümük toxumasının sıxlığının müəyyən edilməsi üçün müvafiq müayinədən keçməlidirlər. Yaşınız 65-dən azdırsa, sümüklərin qalınlıq səviyyəsinin müəyyən edilməsi ilə bağlı mütləq həkimlə məsləhətləşin. Risk qrupuna hamiləlik həbləri qəbul edən, bronxial astma və digər autoimmun xəstəliklər keçirmiş qadınlar daxildir.

Süd vəzisi xərçəngi

Hər il döş vəzisi xərçəngindən minlərlə qadın həyatını itirir. Erkən mərhələlərdə aşkarlanan zaman onu effektiv şəkildə müalicə etmək olur. Süd vəzilərinin skrininqi - mammoqrafiya süd vəzilərinin toxumalarında olan pozuntuları erkən mərhələlərdə ortaya çıxarmağa imkan verir.

Risk qrupuna mastopatiyası, fibroz törəmələri, süd verən zaman laktostazı olan, yumşaq toxumaları travma görmüş, nəsil şəcərəsində döş xərçənginə meyilliyi olan qadınlar daxildir.

Müayinə dövrənin 6-12-ci günlərində keçirilməlidir. Müayinə ərəfəsində (müayinə günü nəzarəti nəzərdə tutulur) qoltuqaltı nayihəyə antiperspirantların və ya tərkibində talk olan digər vasitələrin tətbiqi tövsiyə olunmur.

Süd vəzisinin patologiyaları olan zaman – həkim məsləhəti əsasında 40 yaşına qədər olanlar:  ildə bir dəfə, 40 yaşdan yuxarı olanlar: ildə iki dəfə. Süd vəzisi ilə bağlı patologiyalar olmayanda həkim göstərişi əsasında 40 yaşdan sonra ildə bir dəfə.

2009-cu ilin noyabr ayında skrininq mammoqrafiyasının effektivliyi sual altına alınıb. Belə ki, ABŞ-ın Profilaktik Tibbi Xidmətlər üzrə İşçi Qrupu həmin vaxt orta xərçəng vəzisi riski olan qadınların 50 yaşdan sonra, olmayan qadınların isə 40 yaşından sonra mammoqrafiyadan keçməsini və 74 yaşına qədər davam etdirilməsini tövsiyə edib. Tövsiyə olunan dəyişikliklər mübahisəli olub və ümumi qəbul olunmayıb. 

Amerika Tibb Assosasiyası, Amerika Mamaça-Ginekoloqlar Konqresi, Amerika Radiologiya Kolleci, Amerika Onkologiya Cəmiyyəti, Milli Xərçəng İnstitutu (ABŞ) və Xərçəngə qarşı mübarizənin Milli Kompleks Şəbəkəsi qadınların 40 yaşından etibarən bütün qadınların skrininqdən keçməsini məqsədəuyğun bilib. Sizin 75 və ya 75-dən çox yaşınız varsa, mütləq mammoqrafiyanın davam etdirilməsi ilə bağlı həkimlə məsləhətləşin.

Analıq boynunun xərçəngi

PAP-test (Papanikolau yaxması, Papanikolau testi və ya sitoloji yaxma – red.) analıq boynunun xərçəngini erkən mərhələlərdə aşkarlamağa imkan verir. 21-65 yaşında olan qadınların hər üç ildən bir PAP-test müayinəsindən keçməsi tövsiyə olunur. 30 yaşdan etibarən hər beş ildən paralel olaraq pap-test və İnsan papilloması virusu (HPV) skrininqlərindən keçmək məsləhət görülür.

Vaxtında həkimə müraciət edilsə, Papnikolau testi analıq boynu xərçənginin 100 faiz qarşısını almağa imkan verir. Müayinə diaqnostik laboratoriyada aparılır. Orada xüsusi alətin köməkliyi ilə analıq boynunun servikal kanalından yaxma götürülür və nümunə xüsusi məhlul şəkildə olan mühitə yerləşdirilir. Əksər hallarda hüceyrələrin atipik dəyişikliklərinə yüksək riskli İnsan papilloması virusu – HPV-16 və HPV18 tipləri səbəb olur.

Bəzi laboratoriyalarda PAP-test bu tipli viruslara qarşı müayinələrlə paralel şəkildə aparılır.  Ancaq atipik dəyişikliklər müşahidə olunsa, istənilən halda həkim bu və ya digər HVP növlərinə qarşı əlavə müayinələr təyin edir.

HPV - olduqca geniş yayılmış infeksiyadır. Risk qrupuna bir neçə kişi ilə cinsi əlaqədə olmuş, şübhəli intim təmasları olan, mütəmadi olaraq müdafiəsiz sekslə məşğul olan, doğuş zamanı analıq boynu zədələnmiş qadınlar daxildir.

Testin keçirilməsinin özəllikləri:  Menstruasiya tsiklının 14-22 günləri ərzində testdən əvvəl hər hansı vaginal preparatlardan istifadə olunmamalıdır, cinsi əlaqə olmamalıdır. Sizin 65 və ya daha çox yaşınız varsa, PAP-test üçün nümunələrin verilməsinə ehtiyacın olub-olmadığı ilə bağlı həkimlə məsləhətləşin.

Kolorektal xərçəng (yoğun bağırsağın bədxassəli törəmələri)

50-75 yaşlarında olan qadınlar üç fərqli müayinədən keçə bilər:

1) Nəcisdə gizli qanın mövcudluğu ilə əlaqədar analiz

2) Hər beş ildən bir siqmoidoskopiya

3) Hər 10 ildən bir kolonoskopiya.

Bu müayinələrdən hansının sizin üçün vacib olduğuna həkim qərar verir. Həmçinin, onun davam etdirilməsinə lüzumun olub-olmadığını həkimlə məsləhətləşin.

Diabet

40-70 yaşlarında olan, artıq çəki və ya piylənmədən əziyyət çəkən qadınlar şəkərli diabetə qarşı müayinədən keçməlidirlər. Sizdə 2-ci tip diabet, ürək-damar xəstəlikləri risk faktoru müşahidə olunduğu təqdirdə, qan təzyiqi 135/80-dən çox olanda və ya arterial təzyiqə nəzarət üçün dərman qəbul edəndə, şəkərli diabetə qarşı müayinələrin tezliyini həkimlə məsləhətləşməlisiniz.

İİV/QİÇS

İmmun çatışmazlığı virusuna yoluxma riski yüksək olan bütün qadınlar İİV/QİÇS-ə qarşı müayinədən keçməlidirlər. Risk qrupuna bir neçə kişi ilə cinsi əlaqədə olan, şübhəli intim təmasları olan və ya mütəmadi olaraq müdafiəsiz sekslə məşğul olan qadınlar daxildir.

Xolesterin

20 yaşından başlayaraq hər beş ildən bir xolesterin səviyyəsinin müayinəsi tövsiyə olunur. Yüksək ürək-damar xəstəlikləri riski ilə üzləşmiş qadınlar müntəzəm olaraq qanda yüksək xolesterin miqdarına qarşı müayinələrdən keçməlidirlər. Həkimin seçimindən asılı olaraq, skrininqlər hər il aparıla bilər.

Ağ ciyər xərçəngi

İlə azı 365 bağlama siqaret çəkən (30 il ərzində günə bir bağlama, 15 il ərzində isə iki bağlama) 55-80 yaşlarında olan qadınlar arasında ağ ciyər xərəçənginə qarşı illik skrininqlər aşağıdozalı kompüter tomoqrafiyasının vasitəsilə aparılır. Bu kateqoriyaya həm də yaxın 15 il ərzində siqaret çəkməyi tərgitmiş qadınlar daxildir.

Zöhrəvi xəstəliklər

Aktiv cinsi həyat yaşayan və ya hamilə olan qadınlar 24 yaşına qədər hər il xlamidioza qarşı müayinədən keçməlidirlər. 25 yaşdan sonra, cinsi yolla keçən infeksiyalara (süzənək, genital herpes, insan pappiloması virusu, hepatit, İİV) yoluxma halları yüksək olduğu hallarda müayinəyə lüzum yaranır.

Azərbaycanda qadınlar arasında skrininqlərin nə dərəcədə aktual olduğunu öyrənmək üçün oxucularımız arasında sorğu keçirmək istəyirik.

 

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR