Slimfit
  1. İQTİSADİYYAT

Hər ailəyə 10 arı ailəsi verilib

Hər ailəyə 10 arı ailəsi verilib
Sakura

Hər ailəyə 10 arı ailəsi verilib

İqtisadiyyat Nazirliyinin və Türkiyənin Azərbaycandakı Səfirliyinin həyata keçirdiyi birgə layihələr çərçivəsində artıq Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaradılmış istixanalarda və arıçılıq təsərrüfatlarında istehsal edilən məhsulların satışı həyata keçirilir.

"Kommersant.az" xəbər verir ki, bununla əlaqədar, oktyabrın 3-də Cocuq Mərcanlıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı və Türkiyənin Azərbaycandakı Səfirliyinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA), İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB), "Ziraat Bank Azərbaycan" ASC-nin nümayəndələrinin və sahibkarların iştirakı ilə tədbir keçirilib.

Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov dövlət başçısının iqtisadi inkişaf kursuna uyğun olaraq, ölkədə qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması və sahibkarlığın inkişafının sürətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Azərbaycan Prezidentinin yeni həyat bəxş etdiyi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində birgə layihələrin icrasının Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin daha bir nümunəsi olduğunu vurğulayan Sahib Məmmədov belə layihələrin icrasının kəndlərdə məşğulluğun təmin olunmasında, rayonun sosial-iqtisadi inkişafı sahəsində mühüm əhəmiyyətə malik olduğunu qeyd edib, layihə çərçivəsində yaradılmış təsərrüfatlarda istehsal edilən məhsulların artıq "Cocuq Mərcanlı" logosu altında satışa çıxarıldığını diqqətə çatdırıb.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və TİKA-nın Bakı nümayəndəliyinin proqram kordinatoru Teoman Tiryaki Türkiyə-Azərbaycan əlaqələrinin uğurla inkişaf etdiyini, Cocuq Mərcanlıda birgə icra olunan layihələrin bölgədə kənd təsərrüfatının inkişafında əhəmiyyətini vurğulayıb, belə layihələrin bundan sonra da reallaşdırılacağını diqqətə çatdırıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında kiçik və orta sahibkarlığın inkişafı istiqamətində Agentliyin həyata keçirdiyi tədbirlərdən danışıb, Cocuq Mərcanlıda fəaliyyət göstərən sahibkarların dəstək xidmətləri ilə tam əhatə olunacağını bilidirib.

Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək Cocuq Mərcanlıda həyata keçirilən layihələrin kəndin inkişafına və sakinlərin məşğulluğunun təmin edilməsinə mühüm töhfə oluğunu qeyd edib.

Tədbir çərçivəsində "Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Dövlət Aqrar Ticarət Şirkəti" MMC, "Azərsun Holdinq", "Veysəloğlu" şirkətləri Cocuq Mərcanlıda fəaliyyət göstərən istixana və arıçılıq təsərrüfatlarında istehsal edilmiş məhsulların satın alınmasını həyata keçirib. Bu təsərrüfatlardan əldə olunacaq məhsulların satışına dəstək göstərilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Dövlət Aqrar Ticarət Şirkəti" MMC ilə Cocuq Mərcanlı fermerləri arasında əməkdaşlığa dair Anlaşma Memorandumu da imzalanıb.

Tədbir çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən Cocuq Mərcanlı kənd orta məktəbinə Neftçala Sənaye Məhəlləsində istehsal olunan "Xəzər" avtomobili hədiyyə edilib.

Cocuq Mərcanlı sakinləri göstərilən böyük diqqət və qayğıya görə dövlət başçısına dərin minnətdarlıqlarını bildiriblər.

Sonra tədbir iştirakçıları istixana və arıçılıq təsərrüfatlarında istehsal edilmiş məhsullarla və suvenir istehsalı müəssisəsinin tikintisi ilə tanış olublar.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin və Türkiyənin Azərbaycandakı Səfirliyinin birgə həyata keçirdiyi layihələr çərçivəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində hər biri 160 m2 sahəyə malik 15 ədəd polietilen örtüklü tunel tipli istixanalar qurulub. İstixanalar damcı suvarma sistemi ilə təchiz olunub, istifadəçilərə toxum, gübrə və pestisidlər, bitkilərə qulluq üçün alət və avadanlıqlar verilib. Bundan başqa, Cocuq Mərcanlıda 15 ailənin hər birinə 10 arı ailəsi olmaqla 150 arı ailəsi verilib. Arı təsərrüfatlarının hər biri 10 ədəd iki mərtəbəli iyirmi çərçivəli yeşiklə, arıçılıq avadanlıqları və materiallarla, xəstəliklərə qarşı dərman vasitələri ilə təmin olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR