Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Hepatit – bitkilərlə çarəsi

Hepatit – bitkilərlə çarəsi
Sakura

Hepatit – bitkilərlə çarəsi

Hepatit xəstəliyi son zamanlar artan xəstəliklər qrupuna aid edilir. Bir neçə növü var - hepatit A, B, C və sair. Biz B və C növlərinin müalicəsindən danışaq.

Bu xəstəliyin yoluxması qanladır. Hal-hazırda bərbərə gedəndə özünüz ilə üzqırxan götürün, çünki bərbərin ülgücü daha çox  yoluxma mənbəyidir.

Qadın bərbərində pedikür və manikür etdirməyin, buna məcbur olsanız öz şəxsi alətlərinizi aparın. Bərbərlərin çoxusu alətləri sterilləşdirmək yollarını bilmirlər, yalnız "spirtlə sildim" - steril olduğunu bilirlər.

Diş həkiminə gedəndə həkim hər bir pasiyent üçün steril paketin içindəki alətləri işlətməlidir - buna diqqət edin.

Hepatitlərin bir neçə müayinə üsulları var. Məsələn, qanda anticisimlərin tapılması və virusların miqdarı analizi bu zaman təşvişə düşməyin ve həmin tədbirlərə başlayın:

1. Hər gün 6 km-dən çox gəzin; gəzmək və ya asta qaçmaq lazımdır.
2. Heç bir kimyəvi dərman qəbul etmək olmaz, çünki bu dərmanların toksinlərini qaraciyər və böyrəklər təmizləyir.
3. Qanı saflaşdırmaq, damarları elastikləşdirmək üçün hər 10 gündən bir 10 ədəd zəli qoydurmaq lazımdır. Cəmi 50 zəli, yaxşı olar ki, qaraciyər üstü öndən və arxadan bel fəqərələrinin üstünə qoyulsun.
4. 2 ay müddətində gündə 0.5 litr kefir içmək lazımdır.
5. 2 ay müddətində gündə üç dəfə yeməkdən əvvəl bir  çay qaşığı ud hindi suya və ya bal şərbətinə qatıb içmək lazımdır.
5. Gündə üç dəfə yeməkdən əvvəl alaqanqal toxumu dəmləməsi deməli 2 orta xörək qaşığı alaqanqalı 3 stəkan suda dəmləyib gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 stəkan  içmək lazımdır, 2 ay bundan başqa enginar yarpağı, solmazçiçək, boymadərən dəmləməri də içilməlidir.

Unutmayın, heç bir dərman vasitəsi virusların içinə girib onu öldürə bilmir, amma immunitet həmişə yüksək olarsa bu viruslar blokadaya alınır və heç bir zərər verə bilməzlər.

Hepatitlər üçün mecun:

-      Alaqanqal 100 qram

-      Sarıkök 100 qram

-      Ud hindi 100 qram

-      Zəncəfil 50 qram

-      Çörək otu 100 qram

-      Bal 2 kq

Bitkiler toz formasına salıb, balla qarışdırın gündə üç dəfə yeməkdən əvvəl 1 dolu  çay qaşığı yeyin.

Spirtli içkilər və siqaret qəti qadağandır!

Fizuli Hüseynov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR