Dərc edildi: Baxış sayı: 417
Həndbol üzrə dünya çempionatlarında iştirak edəcək komandaların sayı artırılıb
Beynəlxalq Həndbol Federasiyası (IHF) Şurası kişi və qadınlar arasında keçiriləcək dünya çempionatlarında komandaların sayını artırmaq qərarına gəlib.
"Report" qurumun saytına istinadən xəbər verir ki, qərar IHF-nin Qətərin paytaxtı Dohada təşkil olunan Konqresində qəbul olunub. Dünya çempionatında iştirak edəcək komandaların sayı 24-dən 32-yə yüksəldilib.
Qeyd edək ki, bu qərar 2021-ci ildən qüvvəyə minəcək. Həmin il kişilər arasında dünya çempionatı Misirdə, qadınların mundialı isə İspaniyada keçiriləcək. Kişilər üçün əlamətdar yarış 1938-ci ildən, qadınlarda isə 1957-ci ildən bəri keçirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət