Həmzəyev Balahüseyn Mirqəzəb oğlu - "20 Yanvar Şəhidi"
Balahüseyn Həmzəyev (azərb. Həmzəyev Balahüseyn Mirqəzəb oğlu) - 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir.
Mübariz Hacıyev 1929-cu ildə Bakıda anadan olub. 2704 nömrəli avtomobil xəstəsində sürücü işləyib. Beş övladı atasız qaldı. Mərhum hələ yaralı ikən bunları deyib: "—Yanvarın 19-da evə axşam gəldim. Yoldaşım dedi ki, gör uşaqlar haradadır. Mən küçəyə çıxıb onları Yeni Suraxanı dairəvi yolunda tapdım. Onları evə göndərdim. Mən də getmək istəyirdim ki, tanışlarım məni səslədi və dayanıb onlarla söhbət eləməyə başladım. Belə xeyli söhbət elədik. Birdən güllə səsləri eşidilməyə başladı. Bir də gözümüzü açdıq ki, camaat bir-bir yıxılır. Bu an güllə mənə də dəydi. Biz sürünə-sürünə ağaclığa girdik. Sonra məni Caparidze adına xəstəxanaya gətirdilər. Maşını yolda da atəşə tutdular, amma xətər toxunmadı. Xəstəxanada məlum oldu ki, mənə 3 güllə dəyib." O, martın 24-də vəfat edib. Mərhum Yeni Suraxanı qəbiristanlığında dəfn edilib.
Ünvan
Bu ünvanda yaşamışdır: Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsi, Oktyabr küçəsi, 20.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət