Dərc edildi: Baxış sayı: 506
Həmsədrlər Nikol Paşinyanla Qarabağ münaqişəsini müzakirə edib
Ermənistanın Baş naziri Nikol Paşinyan ATƏT-in Minsk qrupunun həmsədrləri - Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endryu Şefer (ABŞ), habelə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə görüşüb.
Bu barədə NEWS.am məlumat yayıb.
Görüşdə münaqişənin həlli üçün əlverişli ab-hava yaratmaqla bağlı fikir mübadiləsi aparılıb, bundan sonra atılacaq addımlar müzakirə olunub.
Həmçinin münaqişə bölgəsində atəşkəs rejiminin qorunub saxlanılması barədə razılaşmalara əməl olunmasının vacibliyi də vurğulanıb.
Qeyd edək ki, həmsədrlər bundan öncə XİN başçısı Zoqrab Mnatsakanyanla görüşüblər.
İrəvandan sonra həmsədrlər Bakıya gələcəklər.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət