Dərc edildi: Baxış sayı: 257
HƏMAS liderinin evi mühasirəyə alınıb
Qəzza zolağında keçirilən əməliyyat zamanı İsrail hərbçiləri Fələstinin radikal HƏMAS hərəkatının lideri Yəhya Sinvarın evini mühasirəyə alıb.
Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
“Dünən gecə mən dedim ki, bizim qüvvələrimiz Qəzza zolağında istənilən yerə çata bilər. İndi onlar Sinvarın evini mühasirəyə alıblar. Deməli, onun evi onun qalası deyil. O, qaça bilər, amma biz onu yaxalayacağıq, bu, an məsələsidir”, - deyə Netanyahu bildirib.
Qeyd edək ki, Misirin “Al Watan” portalı Fələstin mənbələrinə istinadən iddia edir ki, Sinvar həmin evdə yoxdur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət