Slimfit
  1. CƏMİYYƏT

Həm tərbiyəli, həm də müstəqil uşaq – Nəzarətin hüdudları

Həm tərbiyəli, həm də müstəqil uşaq – Nəzarətin hüdudları
Sakura

Həm tərbiyəli, həm də müstəqil uşaq – Nəzarətin hüdudları

Bəzən valideynlər uşaqlarına həddindən artıq yardım edirlər. Halbuki, böyüklər uşaqların həyatını onların yerinə yaşaya bilməzlər. Valideynlərin əsas vəzifələri övladlarını böyütmək və uşaqlarına təcrübə qazanmaqda kömək etməkdir.

Uşaqlara qarşı əsla edilməməli bəzi şeylər var. Bunları da nəzərə alın və onların həyata daha yaxşı hazırlanmasını təmin edin.

Onların yerinə cavab verməyin

Bir valideyn kimi uşağımıza sual veriləndə özümüz cavablamaq istəyirik. Bu vərdiş onun gələcəkdə öz adına verəcəyi cavab və qərarlara mənfi təsir edə bilər.

Məsələn, verilən suallara necə cavab verməli olduğunu izah edə bilərsiniz. Amma qətiyyən onların əvəzinə danışmayın.

İstəklərini sərt şəkildə rədd etməyin

Bəzən öz istədiklərimizi uşaqlara diktə edirik. Bu vəziyyət uşağın dikbaşlı hərəkətlər etməsinə gətirib çıxarır. Övladınıza doğrunu onun xoşuna gələn, fərqli şəkildə izah edə bilərsiniz.

Uşağın ehtiyaclarını və istəklərini bilməyiniz sizə kömək edəcəkdir. Onlara yaxşı vərdişlər öyrətmək istəyirsinizsə, şiddət və təzyiq göstərməyin.

Gündəlik işlərdə yardım edin, lakin hər şeyi siz etməyin

Uşaqlar ən azından özləri paltarlarını geyinib və ya çıxara, stəkanları yuya və ya çirkli geyimləri paltaryuyana qoya bilərlər.

Halbuki, valideynlər hətta uşaqlar evlənənə qədər bir çox şeyi özlərinin etməsinə və təcrübə qazanmasına icazə vermirik. Övladlarınıza müəyyən qədər yardım edin. Lakin mümkün olduğu qədər şəxsi işlərini özlərinin etməsinə imkan yaradın.

Zövqlərini və bəyəndiklərini sərhədləməyin

Əksərən, musiqi zövqlərinizi, kitab seçimlərinizi və geyim tərzinizi uşaqlarınıza təlqin etməyə çalışıtsınız. Yaxşı niyyətli davranış olsa da, bu vəziyyət onların fərdiliyini azaldır. Həmçinin, çox vaxt uşaqların həmin deyilənlərin tam əksini etdiyi nəzərə çarpmışdır.

Zövqləriniz onlara təlqin etmək əvəzinə, övladlarınızla zövqləri haqqında söhbət edin, müzakirələr aparın.

Hesablarını qeyd etməyin, düzgün xərcləməyi öyrədin

Uşaqlarınızın nə qədər pulunun qaldığını bəzən öyrənmək istəyirsiniz. Edəcəyiniz ən pis şey çantalarını və ya ciblərini yoxlamaqdır. Bu həmçinin, uşağınızın sizə olan etibarını yox edər.

Övladınızın nə qədər pulu qaldığını öyrənmək yerinə, onlara planlı xərcləməyi öyrədin. İstədikləri şeyləri öz pulları ilə almağa icazə verin.

Maraq və bacarıqlarınızı təlqin etməyə çalışmayın

Ana uşağın musiqi ilə, ata isə idmanla maraqlanmasını istəyir. Bu mövzuda onu istiqamətləndirməyə çalışırlar. Şüuraltında övladlarına öz hobbilərini təlqin etmək istəyi özünü büruzə verir.

Səbrli olun və uşaqlarınızı izləyin. Maraq və meyllərinə diqqət göstərin. Onlardan nə istədiklərini soruşun və həmin sahədə inkişaf etməklərinə icazə verin.

Uğurları ilə fəxr edin, lakin sahiblənməyin

"Yeriməyə başladıq", "üzməyi öyrəndik" və s. Əlbəttə ki, uşaqlarınızın uğurlarına ortaq olmaq istəyə bilərsiniz. Amma bu uğur sadəcə onlarındır. Uşaqlar böyüdükcə vəziyyət daha da ciddiləşir. Valideynlər uşaqların məktəbi necə bitirdiyini və necə iş tapdıqlarını danışmağa başlayırlar. Övladlarınızın uğurları üçün xoşbəxt olun, lakin bunları sahiblənməyin.

Seçimlərini dinləyin, dərhal imtina etməyin

Bir uşaq özünü ifadə etməyə başladığında etibarən istədiklərini seçmə haqqına sahibdir. Sözsüz ki, hər mövzuda təkbaşına seçim etmələrinə icazə vermək qeyri-mümkündür. Lakin ən azı hədiyyələrdə seçim etməsinə müdaxilə etməyin. Bu, uşaqlara seçmək, qərar vermək və nəticələri öyrənmək kimi təcrübələr qazadıracaqdır.

Şəxsi həyatlarına müdaxilə edəndə diqqətli olun

Bu, xüsusilə, gənclərin valideynləri üçün önəmli mövzudur. Övladınız dostları ilə görüşməsi təbii və normaldır. "Bu kimdi ki?" sualı onu əsəbləşdirə bilər. Bir çox uşaq özünü güvənli hiss etdiyi zaman bu tip şəxsi mövzularını valideynləri ilə paylaşa bilir.

Uşağınızı sorğulamaq əvəzinə, onların şəxsi sahələrinin olmasına icazə verin. Detalları paylaşmadığını gördüyünüzdə çox sual verməyin. Çünki zamanla özü sizə hər şeyi anladacaqdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR