Slimfit
  1. AZƏRBAYCAN

Helena Keniqsmarkova: İçərişəhər məni heyrətləndirdi

Helena Keniqsmarkova: İçərişəhər məni heyrətləndirdi
Sakura

Helena Keniqsmarkova: İçərişəhər məni heyrətləndirdi

Praqada Dekorativ İncəsənət Muzeyinin direktoru, Beynəlxalq İncəsənət və Dizayn komitəsinin sədri (ICDAD), çex sənətşünası Helena Keniqsmarkova “Vestnik Kavkaza” müxbiri ilə söhbətində ICDAD konfransına gəldiyi Bakının tarixi mərkəzi haqqında öz təəssüratlarını bölüşdü.

“Mən ilk dəfədir Bakıdayam, mənim şəhər və bütövlükdə Azərbaycan haqqında ilk təəssüratım çox yaxşıdır, özü də lap başlanğıcdan, belə ki, burada əla aeroport var. Şəhər çox təmizdir, İçərişəhər haqqında fikrim budur ki, o məni çox heyrətləndirdi. Bizdə Praqada da şəhərin tarixi mərkəzi var, o da çox qədimdir, amma onun vəziyyəti İçərişəhərin görünüşü ilə müqayisə oluna bilməz”, - o bildirdi.

Konfrans dövründə ICDAD sədri Bakının bütün əsas görməli yerlərini ziyarət etmək fikrindədir. “Mən düşünürəm ki, biz yaxın günlərdə Azərbaycan paytaxtınının canlı tarixi ilə tanış ola biləcəyik. Mən öz bələdçi kitabımda Bakıda nəyə baxmaq lazım olduğunu oxudum və ona təəccübləndim ki, burada çoxlu sayda tarixi binalar, abidə yerləri və muzeylər qorunub saxlanıb”, - Helena Keniqsmarkova etiraf etdi.

“Mən düşünürəm ki, biz Avropa və öz adət-ənənələrinə ehtiyatla yanaşan inkişaf etməkdə olan ölkələr arasındakı münasibətləri möhkəmləndirə, onlara yeni yanaşma tapa və bizim əlaqələrimizə yeni enerji verə bilərik. Düşünürəm ki, bu çox vacibdir - insanlarla görüşmək, ünsiyyətdə olmaq, tanımaq, onlar müxtəlif ölkələrdə dekorativ incəsənət sahəsində necə yaşayırlar. Buna görə də biz Bakıdakı bu konfransı çox gözləyirdik”, - ICDAD sədri bildirdi.

Qeyd edək ki, Bakıda eyni zamanda ICOM Beynəlxalq Muzey Şurasının iki komitəsinin konfransı keçirilir - ICDAD Beynəlxalq Dekorativ İncəsənət və Dizayn Komitəsi və DEMHIST Beynəlxalq ev muzeyləri və tarixi binalar Komitəsi. Tədbirdə 14 ölkənin muzey işçiləri və sənətşünasları iştirak edir.

 

Mənbə: Vestnik Kavkaza

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR