Gündəlik maye ehtiyacının ödənilməməsi ölümcül fəsadlara səbəb olur
Gündəlik maye ehtiyacının ödənilməməsi ölümcül fəsadlara səbəb olur.
Yenicag.az xəbər verir ki, həkimlər yay aylarında ölüm hallarının artmasını maye ehtiyacının ödənilməməsi ilə əlaqələndirirlər. Belə ki, orqanizmdə 7%-lik su itkisi yorğunluq, halsızlıq, qarabasmaya, 10%-lik itki böyrəklərin funksiyasını dayandırmasına və son nəticədə ölümə gətirib çıxarır.
Buna görə də, gün ərzində 2-2,5 litrlik su ilə yanaşı xiyar, çiyələk, bibər, limon, yemiş, qarpız, pomidor kimi qidalar qəbul edilməlidir. Bununla belə, qatıq bədəndəki mayenin səviyyəsini balanslaşdırmaqda əvəzsiz vasitədir. Tərlədikdən və duş qəbul etdikdən sonra mütləq su içmək lazımdır.
Həkimlər çay və qəhvənin suyu əvəz etmədiyini bildirir, bu kimi içkilərin qəbul edilməsinin məqsədəuyğun olmadığını vurğulayırlar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət