Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Həkimlər uşağın mayalanması üçün ən əlverişli fəsili açıqlayıblar

Həkimlər uşağın mayalanması üçün ən əlverişli fəsili açıqlayıblar
Sakura

Həkimlər uşağın mayalanması üçün ən əlverişli fəsili açıqlayıblar

Hamiləlik — qadın orqanizmi üçün ciddi sınaqdır.

Ens.az bildirir ki, hamilələrdə xroniki xəstəliklər kəskinləşə, həmçinin müxtəlif fərdi xüsusiyyətlərdən yaranan problemlər meydana çıxa bilir. Alimlər hesab edir ki, fəsadların olma ehtimalını azaltmaq üçün mayalanmanı ilin müəyyən fəsilinə planlaşdırmaq lazımdır.

Danimarka alimləri tərəfindən keçirilmiş tədqiqat göstərib ki, qışda uşağa qalan qadınlarda hipertoniya pozulmaları nadir hallarda baş verir. Söhbət bəzən hamiləliyin 20-ci həftəsindən sonra yaranan yüksək arterial təzyiqdən gedir.

"Hamilələrin hipertoniyası — bu, yalnız qadın üçün yox, gələcək körpə üçün də təhlükə yaradan vəziyyətlərin bütöv kateqoriyasıdır.

Bu xəstəlik hamiləlik dövründə ölüm hallarının başlıca səbəblərindən biridir. Təhlükədə o yalnız tromboemboliyadan geri qalır. Hamiləlik dövründə artan təzyiq sonrakı həyata təsir edə bilər." bu fəsad insult və infarkt ehtimalını artırır "deyə tədqiqat müəllifləri bildirib.

Statistik məlumatların təhlili göstərir ki, hipertansif pozuntuların yaranma riski D vitamininin səviyyəsində mövsümi dalğalanmalarla əlaqəlidir. Müvafiq olaraq, əgər mayalanma qışda olursa, onda hamiləliyin əsas dövrü ilin isti vaxtına düşür və bu vaxt insanlarda D vitamini ilə bağlı problem olmur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR