Dərc edildi: Baxış sayı: 670
Dünyada gün ərzində ən azı on belə əməliyyat keçirilir
Belorusiyalı cərrahlar bir ilkə imza atıblar. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, cərrahlar üç aylıq körpənin ürəyini əməliyyat zamanı üç saatlıq saxlayıblar.
Unikal əməliyyat MDB ölkərində ilk dəfədir keçirilir. Həkimlər körpənin ürəyinin sol hissəsini əməliyyat ediblər. Əməliyyat zamanı həkimlər körpənin ürəyini dayandırıblar və əməliyyatdan sonra körpənin ürəyi daha da sağlam işləyir.
Bu cür əməliyyatlar çox çətin həyata keçirilir, həm də çox risklidir. Amma dünyada gün ərzində ən azı on belə əməliyyat keçirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət