Dərc edildi: Baxış sayı: 563
Həkimlər İtaliyada COVID-19-dan “qəribə” ölüm halları müşahidə ediblər
İtaliyada koronavirusun yeni xüsusiyyəti məlum olub. Yoluxanların bəzilərinin qəfil öldüyü müəyyən edilib.
MK yazır ki, Lombardiya əyalətində bir neçə şəxs, sadəcə, yuxuya gedib və oyanmayıb.
Onlarda ölümdən əvvəl xəstəliyin ciddi simptomları müşahidə olunmayıb.
Qeyd edilir ki, ən azı beş belə hadisə yaşlı insanların qaldığı “Qocalar evi”ndə baş verib.
Mənbə: oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət