Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Həkimlər 5 saatdan az yatmağın fəsadlarından danışıblar

Həkimlər 5 saatdan az yatmağın fəsadlarından danışıblar
Sakura

Həkimlər 5 saatdan az yatmağın fəsadlarından danışıblar

Ens.az Redaktor.az-a istinadən xəbər verir ki, gecə yuxusu zamanı orqanizm sitokin adlı xüsusi kimyəvi maddə ifraz edir. Bu maddə çoxsaylı virus və infeksiyaların immun sisteminə mənfi təsirinin qarşısını alır. Bundan əlavə peyvənddən sonra orqanizmdə anticisimlərin yaranması yuxunun keyfiyyətindən asılıdır.

Son tədqiqatlara əsasən sutkada beş və daha az saat yatanlarda digərlərinə nisbətən piylənmə riski iki dəfə artıqdır. Buna səbəb xroniki yuxusuzluğun toxluq və aclığa cavabdeh hormonun ifrazının zəifləməsidir. Bu hormonun balansının pozulması daimi aclıq hissinə səbəb olur.

Xroniki yuxusuzluq ürək-damar xəstəlikləri riskini artırır, arterial təzyiqi yüksəldir. Mütəxəssislərin fikrincə beş saatdan az yatanların orqanizmləri qlükozanın transformasiyasını zəiflədir ki, bu da qanda şəkərin artmasına səbəb olur.

Yuxuda orqanizm dərinin elastikliyinə cavabdeh hormonlar ifraz edir. Bu hormonlar qırışların əmələ gəlməsində həlledici rol oynayır. Yaxşı yuxu dəri hüceyrələrinin bərpasını yaxşılaşdırır, sərbəst radikalların onlara mənfi təsirini azaldır.

Yuxusuzluq sümük kütləsinin formalaşmasına maneələr törədir. Bu fakt isə sümüklərin zədələnməsinə səbəb olan bir sıra xəstəliklər yarada bilir.

Yuxusuzluq orqanizmə yalnız fiziki zərər vermir, depressiyalara, psixi pozuntulara da səbəb olur.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR