Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Həkimdən antibiotiklərin qəbulu barədə ciddi xəbərdarlıq

Həkimdən antibiotiklərin qəbulu barədə ciddi xəbərdarlıq
Sakura

Həkimdən antibiotiklərin qəbulu barədə ciddi xəbərdarlıq

“Çox sual verirlər ki, “Uşağım öskürür, temperaturu qalxıb. Hansı antibiotik məsləhətdir? Əvvəla onu deyim ki, antibiotik vitamin deyil ki, onu kimə gəldi təyin edək. Antibiotik qəbuluna həkim qərar verməlidir”.

Publika.az xəbər verir ki, bu sözləri sosial şəbəkədə paylaşdığı sağlamlıq postları ilə diqqət çəkən tanınmış həkim, anestezioloq-reanimatoloq Şahin Məmmədov bildirib. O, “Hansı hallarda antibiotik qəbul edilməlidir?” mövzusunda ətraflı məlumat verib:

“Ən birinci xəstədə bakterial, yoxsa infeksiya olduğunu müəyyənləşdirməyə çalışın. Çünki antibiotik yalnız bakterial infeksiyada yazılmalıdır. Bakterial infeksiyanın klinik əlamətləri:

1. Temperatur salıcı dərmanlara qarşı xəstənin hərarəti davamlı olur. Virus infeksiyasında isə dərman qəbulundan az sonra temperatur enir.

2. Xəstənin bəlğəmi irinli olur. Virus infeksiyasında isə bəlğəm olmur, olsa da, köpüklü olur.

3. Qanın ümumi analizində leykositlərin neytrofil növü çox artmalıdır. Buna həkimlər sola meyllilik deyir. Virus infeksiyasında isə limfosit sayı çox olur (sağa meyillilik).

Antibiotik qəbuluna qərar verildikdən sonra onun qrupu seçilir.

Zəif antibiotik yoxdur. Düzgün seçilməmiş və dozası səhv seçilmiş var. Antibiotikin bahalı, yaxud ucuz olması onun təsir gücünə dəlalət etmir.

Antibiotik dozası xəstənin yaşına, çəkisinə, əlavə xəstəliklərinə əsasən dəyişir. Onun növü isə konkret törədicinin həssaslığına görədir. Əlbəttə həmin antibiotikə xəstənin allergiyası yoxdursa, törədicinin və antibiotiklərə həssaslığın təyini ilə bağlı cavab laboratoriyadan gec çıxır, üstəlik həmişə mümkün olmaya bilər.

Yalnız bu cür hallarda (həssaslıq təyin olunana qədər) geniş spektrli antibiotikə müvəqqəti olaraq müraciət etmək olar. Bilin ki, geniş spektrli antibiotiklərin zərərləri çoxdur. Qastrointestinal distress sindromu, çətin müalicə edilən psevdomembranoz kolit, vitamin disbalansı, koagulyasiya pozulmaları bu tip maddələrin fəsadlarıdır”.

Aytən Məftun

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR