Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Həkim yaxşı yuxunun reseptini paylaşdı

Həkim yaxşı yuxunun reseptini paylaşdı
Sakura

Yaxşı yuxunun əsas düşmənləri – qadjetlər və televizordur

Həkimlər xəbərdarlıq edirlər. Ens.az xəbər verir ki, tanınmış həkimlərin bildirdiyinə görə kompüterin, telefonun, planşetin və ya televizorun ekranından gələn işıq və kadrların dəyişməsi ilə meydana çıxan bəzən gur, bəzən solğun rənglərin gözə düşməsi insanda "yuxu hormonu" adlandırılan "melaton"un əmələ gəlməsini əngəlləyir. Seyr etdiyiniz kadrların məznunu da öz neqativ təsiri göstərir – yatmaq ərəfəsi kəskin süjetli verilişlərə baxmaq, neqativ xəbərləri oxumaq lazım deyil. Bu dəfə digər bir hormon - stress hormonları yatmağa mane olacaq.

Yaxşı keyfiyyətli yuxunun daha bir düşməni – çox yemə və sadəcə yağlı qıdadır. Belə olanda, orqanizm onun həzminə bütün gücünü sərf edir və yuxu haqqında sadəcə "unudur".

Bu siyahıda tünd çay və qəhvə də vardır. Çox yorulmağın yuxuya kömək etməsi stereotipini də həkimlər rədd edir. Yuxu öncəsi istənilən fiziki yüklənmə yatmağa kömək etməyəcək. Amma təmiz havada ləng gəzinti bu yöndə daha təsirlidir.

Qeyd edək ki, alimlər yaxşı yata bilməməyin səbəbinin irsi meyilliliklə də bağlı olduğunu aydınlaşdırıblar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR