Səhvən sağlam ayağı kəsilən 89 yaşlı xəstə dünyasını dəyişib
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Rusiyada baş verib. Belə ki, Rusiyanın Varonji kəndində xəstəxanada ayağı qanqrena olan xəstə səhv əməliyyat olunub. Həkim qadının xəstə ayağını kəsmək əvəzinə onun sağlam ayağını kəsib. Nəticədə xəstə ölüb. Həkim səhvini öyrənən ailə polisə müraciət edib. Şikayət araşdırılıb və məhkəmədə həkimin həbs edilməsinə qərar verilib.
Qeyd edək ki, anoloji hadisə Azərbaycanda da yaşanıb. Belə ki, Angioloji və Mikrocərrahiyyə Mərkəzinin keçmiş cərrah həkimi Valeh Kərimov şəkərli diabet xəstəsinin qanqrena olan sol ayağının yerinə sağlam olan sağ ayağını kəsib. Xəstənin digər ayağı da kəsilsə də, o dünyasını dəyişib. Nəticədə səhv ayağı kəsən həkim və direktor işdən çıxarılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət