Dərc edildi: Baxış sayı: 361
Həkim qardaşının toyuna 10 gün qalmış intihar etdi
Yevlaxda 33 yaşlı kişi özünü öldürüb.
Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki Yevlax şəhərinin Nizami prospektində yaşayan və stomatoloq işləyən, 1990-cı il təvəllüdlü Nicat Raqif oğlu Əjdərli özünə məxsus stomatoloji kabinetdə intihar edib.
Onun naqildən asılı vəziyyətdə qalmış meyiti ailə üzvləri tərəfindən aşkarlanıb.
Bildirilir ki, bu ayın 28-də N.Əjdərlinin qardaşının toyu planlaşdırılırmış.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət