Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Həkim infeksionistdən həyəcan təbili: “COVID-19 xəstələrinin vəziyyətini evdə “tibb bacıları” ağırlaşdırır”

Həkim infeksionistdən həyəcan təbili: “COVID-19 xəstələrinin vəziyyətini evdə “tibb bacıları” ağırlaşdırır”
Sakura

Həkim infeksionistdən həyəcan təbili: “COVID-19 xəstələrinin vəziyyətini evdə “tibb bacıları” ağırlaşdırır”

“Son günlər ev şəraitində baxdığım COVID-19 xəstələrinin ilk həkimləri tibb bacılarıdır. Deməli, 15 gün modul tipli xəstəxanada işləyən tibb bacıları evdə xəstələrə ağıllarına nə dərman gəldi vururlar. Xəstələrə deyirlər ki, biz hər şeyi öyrənmişik, həkimlər xəstələrə nə yazırlar hamısını bilirik. Biz ağır xəstələri dirildirik, sizdə nə var ki? Xəstələr də inanıb canlarını tibb bacılarına etibar edirlər”.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə infeksionist Vüqar Cavadzadə məlumat verib.

O bildirib ki, xəstənin 10 gündür ki, yüksək qızdırması düşmür, deyirlər narahat olmayın COVID-19 infeksiyası elə belə olur:

“Ehtiyac olmadığı halda vena daxili infuziyalar (sistemlər) yeridilir. “Mənə sistem vur, bədənim yuyulsun” ifadəsi yaranıb. Digər tərəfdən də testi pozitiv çıxan, amma heç bir klinik əlaməti olmayan şəxslərə ilk gündən deksametazon, iki antibiotik və s. kimi preparatlar vururlar. 

Tibb bacılarının yeni müalicəyə başlayanda təyin etdikləri digər dərmanlara - Kalsium qlükonat, essensiale, riboksin, aktovegin daxildir. Bu dərmanları yəqin həkimlər də təyin edir ki, tibb bacıları da onlara baxıb öyrənirlər.

COVID-19 infeksiyasında laxtalanma artdığı halda xəstələrə kalsium qlükonat vururlar ki, xəstə əziyyət çəkməsin, o dünyaya daha tez getsin. Biz hansı dövrdə yaşayırıq ki, xəstələrə essensiale vurulur? O qədər müasir hepatoprotektorlar var.

Ya da elmi cəhətdən heç bir effekti olmadığı sübuta yetirilən aktovegin preparatı. Digər bir məsələ isə insan aptekə gedərək evdə COVID-19 xəstəsi olduğunu deyir və ona hansı dərmanların lazımlı olduğunu soruşur və alır. Aptek işçisi də yığır bahalı dərmanlardan iki çanta deyir “buyurun, vurun, düzələcək”. Xəstə yaxını bütün bunları etdikdən sonra görür ki, xəstəsi ağırlaşıb, boğulur, onda yadına düşür ki, həkimə müraciət etmək lazımdır.

Həkim də gəlir görür ki, xəstənin saturasiyası düşüb, vəziyyəti ağırlaşıb, xəstəxanaya getməlidir. Xəstə də o vaxt xəstəxanaya gedir ki, artıq iş işdən keçmiş olur. Sonra da xəstə yaxınları deyirlər ki, “xəstəxanada xəstəyə baxmırlar, xəstə ölür”. Anlamaq istəmirlər ki, xəstəni elə demək olar evdə öldürüb gətirirlər. Amma heç biri dilə gətirmir ki, xəstəni evdə əvvəl tibb bacısı müalicə edib. Sonra da deyirlər niyə bu qədər ölüm var”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR