Həkim: günəş şüaları qırışların yaranmasını sürətləndirir
Ens.az xəbər verir ki, dermatoveneroloq Dmitriy Serov vətəndaşlara günəş şüalarının qırışların yaranmasının sürətləndirməsi və dəri xərçəngi inkişafına kömək etdiyi barədə xəbərdarlıq edib. Həkim günəş altında uzun müddət qaldıqda xüsusi müdafiə kremlərindən istifadə etməyi tövsiyə edir.
“Günəş şüalanması dəriyə elə təsir edir ki, o, sürətlə “qocalma”ğa başlayır”. Belə vəziyyətin ilk əlaməti piqment ləkələrinin yaranmasıdır. Qaralmadan sui-istifadə edildikdə melanom riski artır, solyarinin tez-tez ziyarət edilməsi (ildə 20 dəfədən başlayaraq) isə onkologiya riskini iki dəfə artırır”, - “Moskva” şəhər xəbərləri Agentliyi tibb mütəxəssisinə istinadən bildirir. Həkimin verdiyi məlumata görə, açıq fenotipli insanlar bədənin açıq hissəsini keyfiyyətli müdafiə vasitələri ilə örtmədikləri hallarda günəş altında 7 dəqiqədən çox qalmamalıdırlar. Daha tünd dərililər isə günəş yanığı və ya aşağı səviyyəli melanom əldə etmə riski ilə üz-üzə olur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət