Slimfit
  1. MARAQLI

Həkim Berri –ilk hərbi qadın cərrah

Həkim Berri –ilk hərbi qadın cərrah
Sakura

Karyerası üçün özünü ömür boyu kişi kimi qələmə verən qadın

152 il əvvəl 25 iyul 1865-cil tarixdə Londonda krallığın hərbi-tibbi xidmətinin keçmiş rəisi və məşhur həkim Ceyms Berri vəfat etdi. Ömür boyu o hərbi cərrah kimi işlədi və həmin dövrün ən yaxşı mütəxəssislərindən biri olmasını sübut etdi. Ancaq ölüm günündə onun sirri açıldı, bu sirri Ceyms Berri uzun illər qorumuşdu. Həmin vaxt çoxları baş verən hadisəyə inanmamışdılar. Ancaq XX əsrdə onun şəxsiyyəti nəhayət təsdiq olundu və sənədlə sübut edildi.

Onun həyatında çox şey sirli idi. Hətta doğum ili bəzi sənədlərdə 1792-ci il, digərlərində 1795-ci il göstərilir. Çünki Ceyms Berri adında insan haqqında ilk dəfə o universitetin tibb fakültəsinə daxil olanda bəhs edilmişdi. Bir neçə il sonra oranı əlaçı olaraq bitirir, orduya çağırılır və hərbi cərrah olur. 20 yaşına qədər onun başına nə gəldiyi isə heç kimə məlum deyildi, özü isə haqqında heç nə danışmırdı. Çünki hər kəsə özünü qapalı insan kimi tanıtmışdı.

Ceyms Berri tez-tez ingilis koloniyalarına uzun müddətli ezamiyyətə gedirdi. Bir müddət o Hindistanda xidmət etdi, lakin daha çox Cənubi Afrikada xidmət zamanı məşhurlaşdı. O Keyptaunda bir çox islahatların təşəbbüskarı oldu: müasir su təchizatı sisteminin çəkilməsində iştirak etdi, regionda tibb və həyatın sosial aspektləri vəziyyətini yaxşılaşdırdı, uzaq kəndlərə lazımi tibbi vasitələri çatdırırdı, nəticədə ana və uşağı xilas etdiyi bütün Afrika üzrə ilk keysəriyyə əməliyyatını yerinə yetirdi.

Bütün professional nailiyyətlərinə baxmayaraq müasirləri arasında cərrah o qədər də məşhur deyildi. Çoxları onun davakar və əsəbi xarakterindən gileylənirdi. Həmçinin həmin zamanın mənəvi normalarından kərana çıxması və mühakimələrindən dəhşətə gəlirdilər. Ətrafdakılara xoş olmayan təəssüratı onun cazibəsiz görünüşü, incə bədən quruluşu, çox yüksək səsi və qeyri-adi davranış tərzi yaradırdı.

Ceyms Berrinin öz rəisi ilə konflikti var idi. Baş Hərbi Tibbi Müfəttiş vəzifəsində işləyərkən döyüşlərin birindən sonra o özbaşına Londona gedir. Səbəbi izah etmək tələbinə cavab olaraq öz bərbərinə təcili olaraq saçını düzəltdirmək üçün getdiyi söyləyir. Bundan sonra onun vəzifəsini baş həkimə qədər azaldırlar, lakin o sonradan yenidən karyerasında yüksəlməyə nail olur. Sonda Ceyms Berri istefa vermək məcburiyyətində qalır.

Bundan başqa onun haqqında xoşagəlməz şayələr yayılmışdı: deyirdilər ki, onun şəhər qubernatoru ilə qəribə əlaqəsi var – bu işdən daha yaxın əlaqədir. Lakin homoseksuallıq iftiası yalan çıxdı. 1985-ci ildə Ceyms Berri dizenteriyadan həyatını dəyişdi. Cəsədi basdırmaq üçün hazırlayan qulluqçu qəflətən aşkar etdi ki, məşhur cərrah əslində qadın imiş! Bütün həyatı boyu o öz cinsini təhsil almaq və cərrah olmaq üçün gizlədə bilmişdi.

Ceyms Berri həyatının böyük hissəsini xidmətdə keçirdiyi üçün onun hekayəsini qalmaqal yaratmamaq üçün tez ört-basdır etdilər. Həkim hərbi mərasimlə dəfn edildi. Ancaq XX əsrin ortalarında tarixçi İzobel Pey hərbi sənədlərin içərisində hərbi cərrahın qadın olmasını sübut edən sənədlər tapdı. XXI əsrdə sirli həkimin yazışmaları tapıldıqda onun araşdırmalarının nəticələri təsdiqləndi. Məktubların bir hissəsi Ceyms Berri, digər hissəsi isə Marqaret Enn Balkli adı ilə imzalanmışdı. Qrafoloji ekspertiza aşkar etdi ki, bu məktublar bir insan tərəfindən imzalanıb.

Sənədlərə əsasən Ceyms Berri doğularkən Marqaret Enn Barkli adı irlandiyalı qız olub. Cavan yaşlarından onun elmə və tibbə marağı olur, lakin o zamanlar o ancaq tibb bacısı kimi işləyə bilərdi. Ali tibbi təhsil və cərrah işi ancaq kişilər üçün idi. Buna görə də qız çıxılmaz addım atır: kişi kimi qeyinərək Ceyms Berri adı ilə Edinburq Universitetinə qəbul olunur. Valideynləri, sadiq xidmətçi və həmin qubernatordan başqa onun sirrini heç kim bilmirdi.

Beləliklə Marqaret Enn Balkli ilk hərbi cərrah qadın oldu. Bununla yanaşı onu kişi həmkarlarının bacarmadıqlarını edə bilən yüksək səviyyəli cərrah hesab edirdilər. Onun hekayəsi tarixçi alimlərin arasında çoxlu müzakirələrə səbəb olub. Bəziləri belə sərgüzəştin olmasına şübhə edirdilər, digərləri isə onun olma ehtimalını təsdiqləyirdilər. Həkim Berrinin sirri həmçinin yazıçılar və rejissorların da diqqətini cəlb edib. Bu qadın haqqında çoxlu romanlar yazıldı, filmlər çəkildi. Ona olan maraq hələ də azalmayıb.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR