Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Həkim 70 il əvvəl yaradılan koronavirus dərmanı haqqında danışıb

Həkim 70 il əvvəl yaradılan koronavirus dərmanı haqqında danışıb
Sakura

Həkim 70 il əvvəl yaradılan koronavirus dərmanı haqqında danışıb

Ens.az bildirir ki, rusiyalı həkim-terapevt Zaxar Leykin hazırda yeni növ koronavirus xəstələrini müalicə edərkən istifadə olunan dərman haqqında danışıb. Maraqlıdır ki, bu həb 70 il əvvəl yaradılıb. Söhbət hidroksikloroxindən gedir. Bu dərmanla yarım əsrdən çox müddətdir malyariya müalicə olunur.

Leykinin sözlərinə görə, "unudulmuş" dərmanın effektivliyi, malyariya və koronavirusun insan orqanizmindəki hüceyrələrin qorunmasına mane olan ümumi mexanizmlərə sahib olması ilə əlaqədardır.

"Dərman bir hüceyrənin virusla yoluxmasının bütün mərhələlərinə təsir göstərə bilər: virusun yapışması, nüfuz etməsi və çoxalması. Əsas nəzəriyyə belədir ki, hidroksikloroxinin istifadəsi virusun hüceyrə içərisinə atılmasının qarşısını alır" deyib o.

Leykin hidroksikloroxinlərin yan təsirlərə də sahib olduğunu vurğulayıb. Dərman bədən üçün çox zəhərlidir, həmçinin gözün torlu qişasına mənfi təsir göstərir.

Mənbə: www.medikforum.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR