Slimfit
  1. MEDİA

Hekayə - VİCDAN

Hekayə - VİCDAN
Sakura

Hekayə - VİCDAN

Bakı-Quba yolunun 59-cu kilometrliyində elə bir tozanaq qopdu ki, göz-gözü görmürdü.İlk saniyələrdə nə baş verdiyini ayırd etmək mümkün deyildi.Elə bil, kimsə maşını ıli ilə çöndərib əks yola çıxartdı.Dairəvi formada fırlanan və hər dəfəsində yolun beton kənarlarına çırpılan Lexus son həmlə ilə üzüaşağı, ağaclığa doğru yol aldı.Qəribə idi,radioda hələ də mahnı səsi kəsilməmişdi.

Qde tı tam, qovori-ostalos 5 minut

Yesli serdçe qarit,yest vremya vsyo vernut

Ya promokşiy ,ya v nol-qde tı otveçay

Ya pridu za taboy, ştob zanovo naçat

Səid gözlərini nə qədər tərpədib açmaq istəsə də ,başından axan qan gözlərinə dolub ona imkan vermirdi.Yavaşca “ Hilal ,Hilal “–deyə inildədi.Səs gəlmədi.Bütün gücünü toplayıb başını azca sağa doğru tərpətdi,gözləri qıyıq formada onu görməyə cəhd etdi.Amma ele bil Hilal heç on dəqiqə öncə yanında oturan adam deyildi,qeybə şəkilmişdi.Bir az daha başını tərpədib arxaya doğru baxmağa çalışdı.İndi anladı,Hilalın olduğu oturacaq tərsinə çevrilmişdi.Böyük ehtimal maşın yuvarlananda Hilal qapıdan bayıra düşmüşdü.Ürəyindən ele bir sancı qopdu ki...

 Demək belə,ölümü bu cür olasıymış.Beyninə qəribə fikirlər doldu.Bir həftə qabaq,tam da bir həftə bu yol ilə eyni bu cür,amma bağlarına yox,istirahət mərkəzlərindən birinə gedirdi.Hər çey eyni idi,yalnız Hilal yox, Arzuyla.Birdən-birə dərindən nəfəs aldı.Sevindi ki,bu hadisə nə yaxşı o zaman baş vermədi.Əgər bu hadisə heçən həftə baş versəydi və mən sağ qalsaydım Hilalən üzünə necə baxacaqdım?!Dodağında ani gülümsəmə yarandı.Tez də yox oldu.Necə gic-gic fikirlər gəlir ağlıma.Amma bir rahatlıq hiss etdi canında.Elə bil böyük bir problemdən sıyrılıb qurtarmışdı.

 Ayağını hiss etmirdi.Nə qədər çalışsa daş,nə baş verdiyini anlaya bilmədi.Bədəninin demək olar ki,heç bir üzvünü idarə edə bilmirdi.Bir gözləri tərpənirdi,onu da qan tutmuşdu.

Nə qədər bayılmış vəziyyətdə olduğunu,hətta günün hansı saatı olduğunu da müəyyənləşdirə bilmirdi.Özünə gələndə qızının səsi gəldi qulağına.

- Ata,məni də aparın.Siz olmayanda çox darıxıram.

 - Sənin dərsin var,qızım.Müəllimin həftəsonu onlayn dərslərə qoşulmağını tənbeh edib.Nənəngil də sənin üçün darıxıb.Bu həftəsonunu onlarla keçirt.Gələn dəfə ,söz ,səni də aparacayıq.

 Bəlkə də həyatında verdiyi ən düzgün qərar idi.Nə yaxşı Aysunu özümüzlə gətirmədik.Qapıdan çıxanda balaca ovuclarında gizlətdiyi kiçik kağız parçasını atasına vermişdi.”Yolda oxuyarsan” -deyərək sağollaşmışdı.Cibində idi kağız.Yaqinki oxumaq qismətim olmayacaq.Ayağıma görəsən nə olub?Niyə hiss etmirəm?Gözləri qeyri-ixtiyari yumuldu.

Özünə gələndə radioda ən çox sevdiyi mahnılardan biri səslənirdi.Hətta diskə də yazdırmışdı bu mahnını.Müxtəlif ifaçıların səsləndirməsində

Getmə uzaqlara qal,sənə qurban

Bu dilsiz ağızsız lal,sənə qurban

-Doktor,atam əməliyyat  olmasa yaşamayacaq,imkanımız yoxdur,kirayədə yaşayırıq.Xahiş edirəm kömək edin.

-Doktor,qızımın üç uşağı var.Yoldaşı müharibədə həlak olub.İmkansızıq,nolar yardım edin.Əməliyyat olunmasa uşaqları yetim qalacaq.

-Siz necə həkimsiz?!Anlayıram hisslərinizi dondurmaq,idarə etmək məcburiyyətindəsiniz.Bəs vicdanınız??? 

Vicdan- ilk dəfə idi ki bu barədə düşünürdü.Axı mən vicdansız deyiləm.Niyə axı ancaq neqativ hadisələri xatırlayıram?Niyə???Mən neçə cana həyat vermişəm,neçə ürəyi dayanmaqdan qurtarmışam.Saatlarımı,günlərimi, həyatımın böyük bir hissəsini buna həsr etmişəm...Beynim çökür.Qəribədir,heç vaxt bu qədər fikir burulğanına düşməmişdim.Görəsən doğurdan vicdansız olmuşam?Bəlkə də o qocaya kömək etməliydim...

 Dostu Nadir gətirmişdi qocanı klinikaya.Həyətlərində yaşayırdı, kimsəsizdi.Həyətdə qonşuların maşınlarına baxır aldığı bəxşişlərlə zar-zor dolanırdı.Bir gün Nadir səhər işə gedəndə qocanı yerə yıxılı vəziyyətdə görür.Elə o dəqiqə qonşularla köməkləşib qocanı maşına mindirib dostu Səidin işlədiyi klinikaya gətirirlər.Səid müayinə edib bəzi analiz və tibbi aparatlardan keçməsinin lazim olduğunu bildirir.Nadir heç tərəddüt etmədən hamısını yerinə yetirir.Və nəticə...Səid nəticələrə baxır və beynində götür-qoy etməyə başlayır.Demək belə,vəziyyət yaxşı deyil.Hər an ölüm təhlükəsi var.Mütləq əməliyyat lazımdır.Doğruları desəm,Nadirdən üzüm keçməyəcək əməliyyat etməliyəm.Kimsəsiz biridir ödəniş edə bilməyəcək,mən də Nadirdən pul götürəsi deyiləm.Yaşı da keçib.Nə yaşayar yaşasın.Bu yaşda həngamə açmaq lazım deyil.Onsuz cavan deyil,bir il tez bir il gec.Nə fərqi var?!(Necə səfeh fikirlərim olub.İndi bir il yox,bir gün daha yaşamaq üçün nələr verməzdim!)Qoca da ele baxırdı gözlərinin içinə.Yaşamaq istəyirdi.Gah Nadirə,gah ona təşəkkür edir az qalırdı əllərindən öpsün bu nəvəsi yaşında adamların.Başqa vaxt olsa heç tərəddütsüz əməliyyatın vacibliyini bildirər və qiyməti deyib görüşü bitirərdi.

        

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR