Slimfit
  1. ELM

Hekayə

Hekayə
Sakura

Hekayə

Hekayə - Yazılı ədəbiyyatın və epik növün olduqca geniş yayılmış janrıdır. Süjetli nəsrin üç - hekayə, povest, roman janrlarının həcmcə ən kiçiyidir. Əsasən tək süjetdən, yaxud bir neçə süjet üzərinə köməkçi süjet vasitəsiylə fikirlərdən ibarət olur.

Hekayə epik növün həcm etibarilə kiçik bir janrıdır. Bu janrda müəllif bir və ya bir neçə surətlə bağlı olan konkret bir əhvalatı yığcam şəkildə təsvir edir. Hekayə nəsrlə yazıldığı kimi, nəzmlə də yazıla bilir. Nəzmlə yazılmış hekayəyə mənzum hekayə deyilir.Belə əsərlərdə əhvalatın geniş təsvirinə ehtiyac duyulmur. Yazıçı, əsasən, bir surətin həyatı və taleyindən, konkret bir hadisədən danışır. Hekayədə obrazların sayı elə də çox olmur. Azərbaycan ədəbiyyatında hekayə janrı XIX əsrdə formalaşmış XX əsrdə inkişaf etmişdir.Ədəbiyyatımızda nəsrlə yazılmış ilk müstəqil hekayə janrının banisi Abbasqulu ağa Bakıxanov hesab edilir. Həmin hekayə “Kitabi-Əsgəriyyə” adlanır və 1837-ci ildə yazılıb. C. Məmməd­quluzadənin “Poçt qutusu”, Ə. Haqverdiyevin “Mirzə Səfər” əsərləri nəsrlə yazılmış hekayə janrına ən gözəl nümunələr kimi göstərilə bilər. Hekayə janrının gözlənilməz sonluqla bitən formasına novella deyilir. Novellanı hekayənin digər şəkillərindən fərqləndirən ən əsas cəhət ondakı məzəlilik, hadisənin qeyri-adi sonluqla bitməsidir. Bəzən əsərin adı oxucuda hadisəni təsəvvür etmək düşüncəsi yaratsa da, sonradan həmin əsərdə tamam fərqli süjetlə qarşılaşır. C.Məm­mədquluzadənin “Qurbanəli bəy”, Ə. Haqverdiyevin “Bomba”, M. Cəlalın “Badamın ləzzəti” hekayələri novella nümunəsi sayıla bilər. Dünya ədəbiyyatında hekayəni bəzən sadəcə novella da adlandırırlar. Ədəbiyyatımızda nəzmlə yazılmış hekayələr də var. Nəzmlə yazılan hekayələrə mənzum hekayə deyilir. Ən qədim mənzum hekayələr Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasındakı heka­yələrdir. Həmin hekayələr müstəqil işlənməmişdir. Poema janrında yazılmış əsərin tərkib hissəsidir. Sonrakı dövrlərdə A. Bakıxanov, Q. Zakir, S.Ə. Şirvani, M.Ə.Sabir və başqaları mənzum hekayələr yazıblar. Ədəbiyyatımızda nəsrlə yazılmış hekayələr mənzum hekayələrdən daha çox yayılıb.

Tarixi

Ədəbiyyatımızda ilk hekayələr Nizami Gəncəviyə aiddir. Lakin, bu hekayələr müstəqil şəkildə deyil, onun "Sirlər xəzinəsi" poemasının daxində mənzum hekayə olaraq verilmişdir.Ədəbiyyatımıza ilk müstəqil mənzum hekayə Məhəmməd Əmaninin yaradıcılığı ilə gəlmişdir.Bundan əlavə Ədəbiyyatımızda A.Bakıxanov ("Kitabi-Əsgəriyyə") və İ.Qutqaşınlı("Rəşid bəy və Səadət xanım") kimi hekayələr də yazılmışdır. N.Gəncəvi, A.Bakıxanov, Q.Zakir, S.Ə.Şirvani kimi yazıçılarımızın yaradıcılığında mənzum hekayələr vardır. C.Məmmədquluzadənin "Poçt qutusu", Ə.Haqverdiyevin "Mirzə Səfər" əsərləri hekayənin səciyyəvi nümunələridir.

 

Novella

Hekayə janrının gözlənilməz finalla bitən forması novelladır. C.Məmmədquluzadənin "Qurbanəli bəy", Ə.Haqverdiyevin "Bomba", Mir Cəlalın "Badamın ləzzəti" hekayələri novella nümunəsi sayıla bilər. Lakin bəzən dünya ədəbiyyatında hekayəni sadəcə novella adlandırırlar (məs: Mopassanın novellaları).

Hekayədə epiqrafdan, sitatdan geniş istifadə olunmaqla bərabər içərisində süjetə taraz gələn və onu ixtiyarınca açıqlayan, ifadələyən şeirlərdən, mahnı sözlərindən istifadə olunur.Bütün hekayələrin maraqlı məzmunu olmalıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR