Dərc edildi: Baxış sayı: 404
Həftəsonu karantin rejimi ilə bağlı sərt xəbərdarlıq
“Həftəsonu karantin rejimi tam elan edilən yerlərdə mağazalar, supermarketlər və apteklər fəaliyyətini tamamilə dayandıracaq”.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Sədr əlavə edib ki, insanlar zəruri ehtiyaclarını, lazımi ərzaq və əczaçılıq məhsullarını vaxtında almalıdır:
“İnsanlar bunu istirahət kimi qəbul etməsin, bundan istifadə edib, bir yerə toplaşmasınlar”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət