Həftəsonu çalışanlar işə necə gedib-gələcəklər?
Həftəsonu Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar polis, əvvəlki kimi, gücləndirilmiş iş rejimində çalışacaq.
Baku TV xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevin sözlərinə görə, yalnız qəza, xilasedici, təcili tibbi yardım avtomobilləri və fəaliyyətinə icazə verilən orqanların məhdud sayda əməkdaşlarının hərəkəti sərbəstdir.
K.Əliyev bildirib ki, məhdudiyyət qərarı dövründə xüsusi avtomobilindən istifadə edən şəxs qanunvericiliyin tələbinə uyğun məsuliyyətə cəlb olunacaq:
“İnzibati Xətalar Məcəlləsi”nin 211-ci maddəsinin tələblərinə uyğun olaraq fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək cərimə ediləcək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs, hüquqi şəxslər 2000 manatdan 5000 manatadək məbləğdə cərimə edilə bilər”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət