Slimfit
  1. CƏMİYYƏT

Həcc ziyarətinə gedən insan özünü “hacı” adlandıra bilərmi?

Həcc ziyarətinə gedən insan özünü “hacı” adlandıra bilərmi?
Sakura

Həcc ziyarətinə gedən insan özünü “hacı” adlandıra bilərmi?

Keçmiş zamanlarda ziyarətə gedən insan sakitcə karvana qoşular, aylarla yol gedər, həcc ibadətini icra edib elə həmin qaydada da el-obasına dönərmiş. İllər keçdikcə texnologiya inkişaf etdi, təyyarələr icad olundu, qət etdiyimiz yollar bizə asanlaşdı. Sanki yollar yaxınlaşdıqca hər bir səfərin ağırlığı da azaldı, adiləşdi. Bəzi insanlar artıq ziyarətgahlara getməyi dini ayin kimi görmür, titul qazanmaq niyyəti güdür. Bəs dində bu məsələ necədir? Həqiqətənmi, Həcc ziyarətinə gedən insan “hacı” adını özünə götürə bilərmi?

Ölkə.Az” olaraq məsələ ilə bağlı tanınmış ilahiyyatçılarara müraciət etdik.

İlahiyyatçı Hacı Şahin Həsənlinin fikrincə, ziyarətə gedən insan bu addan hörmət əlaməti olaraq istifadə edə bilər.

“Dinimizdə belə bir hökm yoxdur ki, Həcc ziyarətinə gedən o adı götürə bilməz. Bu insanların o ziyarət yerlərinə olan hörmətindən irəli gəlir. Təbii ki, bunu imtiyaz kimi də qəbul etmək düzgün deyil. Bu, bir titul deyil. "Quran"da da qeyd olunur ki, bir-birinizi gözəl adlarla çağırın. Ziyarətgahların adlarını götürəndə bu insana daha da artıq məsuliyyət gətirir. Yəni, dinimizdə bununla bağlı bir qadağa yoxdur. Sadəcə, əsrlər boyu insanlar getdikləri müqəddəs torpaqlara hörmət əlaməti olaraq adlarının qarşısına əlavə ediblər. Yenə də bildirirəm ki, burada bir yanlışlıq yoxdur. Sadəcə, bu adları daşıyan insanlar öz davranışlarında daha məsuliyyəli olmalıdırlar ki, getdikləri müqəddəs yerləri hörmətdən salmasınlar”.

İlahiyyatçı Elşad Miri isə bu məsələ barədə daha fərqli düşüncədə olduğunu bildirib:

“Dində hacılıq, məşədilik və kərbəlayılıq deyilən bir anlayış yoxdur. Mənim fikrimcə, hər hansı bir insan özünü belə bir titulla adlandırırsa, bu, həmin adamın natamamlıq kompleksinin nəticəsidir. Çünki özünü hər hansı bir formada təqdim edə bilməyən insanlar, özlərini bu cür adlarla hallandırırlar. İndiyə qədər heç eşitmisiniz ki, Hacı Məhəmməd, Hacı imam Əli, Hacı Ömər olsun? Sadəcə olaraq bu gün Azərbaycanda belə bir anlayış var ki, hər hansı bir elmi rütbəsi, vəzifəsi olmayan bəzi insanlar Həccə getdikdən sonra özlərini “hacı” adlandırsınlar.

Mən ziyarətdə olanda orada yaşlı bir kişi vardı. Bir nəfər ona dedi ki, ziyarətə gəlmisən deyə özünü hacı adlandıra bilməzsən, çünki islamda belə titul yoxdur. Bundan sonra o, Allaha belə bir dua etdi: “Ey Allahım, mən bura gəlmişəm ki, hamı mənə hacı desin, indi isə deyirlər ki, bu, yanlışdır. Mən istəyirdim ki,  Azərbaycana qayıdanda mənə hacı filankəs desinlər”. Yəni bu insanların hacı ləqəbini qazanmaq üçün ziyarətə getməklərinin nəticəsidir, bundan artıq nə gözləyirsiniz”.

Əməkdaşımızın “Bildiyimə görə, siz də bir neçə dəfə Həcc ziyarətində olmusunuz, sizə də hacı deyə müraciət edirlərmi?”- sualına Elşad Miri belə cavab verib:

“Xeyr, etmirlər. Mən bir dəfə Həcc, bir neçə dəfə Ümrə ziyarətində olmuşam. Bəzən elə olub ki, valideynlərimə belə demədən gedib, ibadətimi edib qayıtmışam. Mən dünyanın 60-dan çox ölkəsinə səfər etmişəm. Onda belə çıxır ki, mən Tailanda səfər etdiyimə görə, mənə Tailandi Elşad deməlidirlər? Bu nə təfəkkürdü, nə anlayışdı, bu məsələyə necə yanaşmadı, vallah bilmirəm. Mən düşünürəm ki, bu acizliyin nəticəsidir. Amma hacılıq anlayışı fərqli mənada işlənir ki, "Quran"da da adı keçir. Ərəblər bir-birlərini hacı adlandırırlar, bu da yoldaş mənasındadır. Necə ki, kişilər əsgər gedəndə onlara müraciət edərkən əsgər filankəs deyirlər. Bu da belə bir müraciət növüdür. Burada başqa məna axtarmaq lazım deyil.

Bildiyiniz kimi Həcc ziyarətinə kasıblar getmir, imkanı olan şəxslər üçündür. İnsanların çoxu da bu yolla özlərinə haqq qazandırmaq istəyir. Yəni mən hacıyam, etdiyim heç bir şey yanlış deyil. Nə etsə də özünü “Süddən çıxmış ağ qaşıq” kimi günahsız sayır".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR